Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

"Green Card"a qeydiyyatı gözləyənlərə pis xəbər

30.10.2026 17:36 426
ABŞ Dövlət Departamenti DV-2027 "Green Card" proqramı üzrə qeydiyyat tarixlərini hələ də elan etməyib. Bununla bərabər, oktyabrın 29-da ABŞ-nin Doqquzuncu Dairə Apellyasiya Məhkəməsi qurumu həmin tarixə qədər qeydiyyat vaxtını açıqlamağa məcbur edən əvvəlki qərarın icrasını dayandırıb.

Bu barədə "San Francisco Chronicle" nəşri məlumat yayıb.

Bildirilib ki, Doqquzuncu Dairə Apellyasiya Məhkəməsi xarici siyasət idarəsini potensial mühacirlər üçün nəzərdə tutulmuş proqramın bərpasına məcbur edən Kaliforniya ştatının cənub dairəsi üzrə aşağı instansiya məhkəməsinin qərarını dondurub.

Bununla da məhkəmə apellyasiya şikayətinə baxılan müddətdə ABŞ Prezidenti Donald Tramp administrasiyasının vəsatətini təmin etmiş olub. Bundan əvvəl iddiaçıların maraqlarını müdafiə edən ABŞ-nin "Red Eagle Law" hüquq şirkəti "Green Card" lotereyasının faktiki olaraq dayandırılmasına görə administrasiyanı məhkəməyə vermişdi. Məhkəmənin qərarında qeyd edilib ki, şirkətin iddia qaldırmaq üçün hüquqi əsasları yoxdur, çünki proqram "hüquq şirkətlərinin zənginləşməsi üçün deyil, immiqrasiyanın təşviqi məqsədilə təsis edilib".

Bununla belə, məhkəmə Vaşinqtonun lotereyanı faktiki olaraq dayandırmaq qərarını dəstəkləmədiyinə işarə edib. Qərarda vurğulanıb: "Dövlət Departamentinin lotereyada iştirak üçün qeydiyyatı açmaması faktını təqdir etmirik".

Oktyabrın ortalarında Kaliforniyanın cənub dairəsi məhkəməsi "Red Eagle Law" şirkətinin müraciətini təmin edərək, Dövlət Departamentinə "Green Card" lotereyasını bərpa etmək barədə göstəriş vermişdi. Qurum qeydiyyat tarixlərini oktyabrın 29-dək elan etməli və noyabrın 1-dək müraciətlərin qəbulunu başlatmalı idi.

Məlumata görə, oktyabrın 30-na olan vəziyyətdə, idarə 2027-ci maliyyə ilində (ABŞ-də 1 oktyabr 2026-cı ildə başlayır) proqram və onun keçirilmə müddətləri barədə heç bir yeni məlumat dərc etməyib. 2025-ci ilin dekabr ayında Providens şəhərindəki Braun Universitetində baş verən atışmadan sonra Ağ Ev "Green Card" lotereyası proqramını dayandırmaq qərarına gəlmişdi. Silahlı insidenti törədən şəxsin ölkəyə məhz bu viza verilməsi proqramı vasitəsilə gəldiyi məlum olmuşdu.

Qeyd edək ki, "Green Card" (hərfi mənada "yaşıl kart", rəsmi adı - United States Permanent Resident Card) - vətəndaş olmayan şəxslərə ölkədə daimi yaşamaq hüququnu təsdiqləyən və işləməyə icazə verən şəxsiyyət vəsiqəsidir. Bu vəsiqəni 1990-cı illərdən etibarən ABŞ-də kifayət qədər təmsil olunmayan ölkələrdən immiqrantları cəlb etmək üçün Amerika hökuməti tərəfindən hər il keçirilən xüsusi lotereya vasitəsilə qazanmaq mümkündür. Ümumilikdə ABŞ tərəfindən ildə 55 000-dək belə viza verilə bilər.//oxu.az

Son xəbərlər