1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:26 Ərdoğan: "Suriyanın yeni rəhbərliyi ilə əlaqələrin inkişaf etdirilməsi vacibdir"  |     16:25 Ərdoğan ECO-ya üzv ölkələri Şimali Kiprlə əlaqələri genişləndirməyə çağırıb  |     16:22 Tacikistan Prezidenti: "ECO ölkələri üçün enerji bazarı strategiyası hazırlanmalıdır"  |     16:19 Rusiyada azərbaycanlı Zaur Şipilov saxlanılıb - FOTO / VİDEO  |     16:17 Məsud Pezeşkian: "ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir"  |     16:16 Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi baş tutub  |     16:16 Emoməli Rəhmon: "Tacikistan ECO-ya üzv ölkələrlə ticarət dövriyyəsini artırmaqda maraqlıdır"  |     16:15 Tbilisi prospektində yol-nəqliyyat hadisəsi baş verib  |     16:14 Ərdoğan: "Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram"  |     16:07 Xankəndidə Məsud Pezeşkianla Emoməli Rəhmon arasında görüş baş tutub  |     16:05 İran prezidenti: "ECO-nun potensialı region ölkələrinin inkişafına kömək edə bilər"  |     16:02 Şəxsiyyət vəsiqəsindəki məlumatların tərkibi YENİLƏNƏCƏK?  |     15:58 Kəlbəcərin işğalı zamanı mülki əhalini, uşaqları atəşə tutması ilə bağlı ifadələr dinlənilib  |     14:11 "Mahir ay brat" məhkəmə zalından azadlığa buraxıldı - FOTO  |     13:54 Özbəkistan Prezidenti: Bölgənin sülh məkanına çevrilməsindən çox şadam  |     13:54 Nəsimi rayonunda açıq ərazidə yanğın başlayıb  |     13:53 Rüşvət alan kapitana hökm oxundu  |     13:52 Xalq artisti Röya Ayxandan “Ağlama” mahnısına akustik nəfəs - VİDEO  |     13:51 Güclü külək Bakıda iki ağacı aşırıb  |     13:50 Xose konsertindən sonra çəkiliş qrupuna ödəniş etməyib - Videoqraf şikayətçidir  |    

1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

Avqustun 1-də Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur.

18 iyun 2001-ci il tarixli "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərmanla latın qrafikalı müasir əlifbamızın bütün ölkədə geniş, mütləq tətbiqinə başlanılıb.

Görkəmli dilçi-alim, əlifba islahatçısı, Azərbaycan SSR Elmlər Akademiyasının üzvü, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, Onomastika elmi məktəbinin banisi Afad Qurbanovun təşəbbüsü ilə 1 avqust 1990-cı il tarixdə Azərbaycan Əlifba Komissiyası yaradılmış və əlifba mütəxəssisi olduğu nəzərə alınaraq o həmin komissiyanın sədri təyin edilib.

Afad Qurbanov latın qrafikası əsasında yeni müstəqil əlifbamızın layihəsini Azərbaycan dilinin səs sistemi və digər xüsusiyyətlərini nəzərə almaqla hazırlamış və komissiyanın müzakirəsinə verib.

Sonradan televiziya və mətbuat vasitəsilə müasir əlifbamızın layihəsi ictimaiyyətə çatdırılıb, geniş müzakirə olunaraq 1992-ci ildə qəbul olunub. Bu gün istifadə etdiyimiz Azərbaycanın latın qrafikalı əlifbasının müəllifi kimi böyük xidmətləri olub.

Unudulmamalıdır ki, XX əsrin 20-ci illərində Azərbaycanda istifadə olunan latın qrafikalı əlifba böyük mütəfəkkir M.F.Axundovun ideyası əsasında yaradıldığı halda, hazırda istifadə etdiyimiz latın qrafikalı Azərbaycan əlifbası Afad Qurbanovun adı ilə bağlıdır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 197 01.08.24 12:17