Mojo.az Banner
20:04 Alim Qasımovdan MaNganın təklifinə cavab  |     19:59 Ötən ildə neçə ton çay yarpağı yığılıb?  |     19:50 Bakıda əmlak qiymətlərində yeni rekordlar: Bir kvadratmetr üçün 17 550 manat təklif olunur (Video)  |     19:45 Valideyn davranışının 7 düzgün modeli: Onların mahiyyəti nədir?  |     19:37 Elşad Xose sərbəst buraxıldı  |     19:11 Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur  |     18:48 Pakistanda dəhşətli yanğında 21 nəfər ölüb, xeyli yaralı və itkin var  |     18:46 Beynəlxalq axtarışa verilmiş üç şəxs ölkəmizə ekstradisiya edilib  |     18:27 Leyla Əliyeva Efiopiyanın baş naziri ilə görüşüb - FOTO  |     17:56 Su çiçəyinə yoluxma artıb - Daha çox kimlər yoluxur?  |     17:39 Qızına xəyanət etdiyinə görə kürəkənini döyən kişiyə hökm oxundu - TƏFƏRRÜAT  |     17:34 "İnternet qadağası götürülsün, həbs edilənlərin işinə ədalətlə baxılsın" - Pezeşkiandan ÇAĞIRIŞ  |     17:14 Bakıda qardaşı oğlunu öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb  |     16:54 Bakıda çovğun olacaq - XƏBƏRDARLIQ  |     16:38 Bakıda oğurluq edən qardaşlar saxlanıldılar - Video  |     13:29 Bakıda 61 yaşlı kişi pilləkəndən yıxılıb öldü  |     13:20 Daxili İşlər Nazirliyinin şəxsi heyəti 20 Yanvar şəhidlərinin xatirəsini yad edib (Video)  |     12:49 Pakistanda baş verən yanğında ölənlərin sayı artıb  |     12:20 Leyla Əliyeva Efiopiya Elm Muzeyini ziyarət edib (FOTO)  |     12:10 Sabah Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək  |    
Left Banner
Right Banner

“Nezavisimaya qazeta”: “Azərbaycanlılar İlham Əliyevə təşəkkür ediblər”

08.02.2024 11:43 939
“Nezavisimaya qazeta”: “Azərbaycanlılar İlham Əliyevə təşəkkür ediblər”
“Fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi hazırkı dövlət başçısı İlham Əliyevin son dərəcə inamlı qələbəsi ilə başa çatıb. Ölkə tarixində ilk dəfə səsvermənin Qarabağ da daxil olmaqla onun bütün ərazisində keçirilməsi nəticəni əvvəlcədən müəyyənləşdirib. Seçicilərin 92%-dən çoxu Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə nail olmuş Prezidentə səs veriblər”.

Bu barədə Rusiyanın “Nezavisimaya qazeta” nəşrində yer alan məqalədə qeyd olunub.

Bildirilir ki, artıq digər ölkələrdən olan həmkarları İlham Əliyevi qələbə münasibətilə təbrik etməyə başlayıblar. Ekspertlər, müşahidəçilər və seçki komissiyalarının nümayəndələri 76,7 faiz seçici fəallığının son dərəcə yüksək olduğunu və məhz Prezident İlham Əliyevin bu təsirli nəticəyə nail olduğunu qeyd ediblər.

“7 fevral seçkisinin əsas özəlliyi ondan ibarətdir ki, proses Azərbaycan tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində, o cümlədən 44 günlük müharibə nəticəsində dövlətə qaytarılan Qarabağda keçirilib. Həmin ərazilərdə ümumilikdə 26 seçki məntəqəsi yaradılıb. Təsadüfi deyil ki, İlham Əliyev ailəsi ilə birgə Qarabağın Xankəndi şəhərinə gələrək orada 122 saylı seçki dairəsinin 14 saylı yerli seçki məntəqəsində səs verib”, - deyə materialda vurğulanır.

Diqqətə çatdırılır ki, prezident seçkisində digər namizədlər olsa da, favorit öncədən bəlli idi.

“Seçki kampaniyası cəmi 22 gün davam etdi və həm yerli sakinlərin, həm də ölkəyə gələn beynəlxalq müşahidəçilərin qeyd etdiyi kimi, son dərəcə sakit keçdi”, - məqalədə qeyd olunur.скачать dle 11.3