Mojo.az Banner
23:02 Milyonlarla kəpənək hər il eyni meşələrə uçur: Sirri hələ də açılmayıb  |     22:57 Bu ilin əvvəlindən 900-dən çox uşağa ananın soyadı verilib  |     22:49 Azərbaycanda indiyədək hansı universitetlər bağlanıb? (SİYAHI)  |     22:44 Beyləqanda ağır qəza - Ata öldü, oğul yaralandı (Yenilənib)  |     22:28 Bir sutkaya 50 min miqrant - İspaniyada son vəziyyət  |     22:20 “Kim milyonçu olmaq istəyir?”də - 1 milyon dollar qazandı - Video  |     22:14 “Cəbiş müəllim”in qızı banka etiraz etdi - Bu reklama görə  |     22:06 Bir sıra küçə və yollarda hərəkət məhdudlaşdırılacaq  |     22:00 Azərbaycanda bu qadınlara 126 gün ödənişli məzuniyyət verilir  |     21:53 "Arzum 40 dəqiqə hadisə yerində olub" - Tiktokerin məhkəməsində şahid danışdı  |     21:48 Polis itkin düşmüş kimi axtarılan 10 nəfəri tapdı  |     21:40 İqnatsio Kassis Azərbaycana gələcək  |     21:35 Xankəndi–Şuşa yolunda ağır qəza - Ölən var  |     21:26 Şəmkirdə 19 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb  |     21:21 Azərbaycanda inflyasiya nə qədər olacaq? - Proqnoz artırıldı  |     21:15 Fasadı uçulub tökülən körpü təhlükə saçır - VİDEO  |     21:06 Texnologiya bazarında yeni böhran: Yaddaş çipləri niyə çatışmır?  |     20:57 Mənzil təmiri adı ilə 574 min manatlıq dələduzluq (TƏFƏRRÜAT)  |     20:44 Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində hakimlər kollegiyası müşavirəyə gedib  |     20:25 "Turan Tovuz" Türkiyə klubuna qalib gəldi  |    
Left Banner
Right Banner

Bakıda əmlak qiymətlərində yeni rekordlar: Bir kvadratmetr üçün 17 550 manat təklif olunur (Video)

19.01.2026 19:50 315
Bakıda əmlak qiymətlərində yeni rekordlar: Bir kvadratmetr üçün 17 550 manat təklif olunur (Video)
Bakı şəhərinin bəzi küçələrində mənzillərin bir kvadratmetri 17 min manatdan baha təklif olunur. Məsələn, Nəsimi rayonu, Neftçilər prospektində bir mənzilin 1 kvadratmetri 17 550 manatadır.

Median.Az
Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxtda mənzil sahibi olmaq istəyənlər üçün ən bahalı ünvanlar məlum olub. Qiymətləndiricilər Cəmiyyətinin araşdırmasına görə, siyahıya Nəsimi rayonu, Neftçilər prospekti başçılıq edir. Burada bir kvadratmetr üçün tələb olunan məbləğ, orta statistik mənzil qiymətini dəfələrlə üstələyir.

Qiymətlər onu deməyə əsas verir ki, Səbail, Nəsimi və Yasamal rayonları bahalı mənzil reytinqində üstünlüyünü qoruyur. Məsələn, Üzeyir Hacıbəyli küçəsində qiymət 14 min manatdan çoxdur, Ağ şəhər layihəsində isə bu rəqəm 8 min manatı keçir. İstiqlaliyyət, Əhməd Cavad və Əziz Əliyev kimi tarixi küçələrdə isə mənzillərin bir kvadratmetrinin qiyməti 4-5 min manat arasında dəyişir. Bəs qiymətlərdə bu qədər artıma səbəb nədir?

Ekspertlər bildirirlər ki, bu ərazilərdə mənzillərə tələbin yüksək olması və investisiya maraqları da qiymət artımının əsas səbəblərindəndir. Paytaxtın mərkəzində mənzil almaq yalnız yaşayış üçün deyil, həm də gələcəkdə böyük qazanc əldə etməyi vəd edən investisiya hesab edilir. Bundan əlavə, burada ev alıb yüksək qiymətə kirayə verənlər də mövcuddur. İnfrastruktur genişləndikcə, həmin küçələrdə qiymət artımının bu il də davam edəcəyi gözlənilir.скачать dle 11.3
Mojo.az Banner