Mojo.az Banner
23:00 700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO  |     22:54 NASA Marsda aşkarlanan həyat izlərini Yerə çatdıra bilmir: Səbəb nədir?  |     22:46 Ceyhun Bayramov və Maqdalena Qrono regiondakı vəziyyəti müzakirə etdilər  |     22:41 “Mançester Yunayted” və “Sabah”ın start heyətləri açıqlandı  |     22:33 Özbəkistan əlifbasını dəyişdi  |     22:28 Londonda kütləvi bıçaqlanma oldu - Yaralılar var  |     22:22 Təmir səbəbindən bu yolda sıxlıq yarandı - VİDEO  |     22:14 Şirvanda ata oğlunun toyunda həbs edildi  |     22:08 AYNA müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır  |     22:03 Rusiyada azərbaycanlıya beşillik qadağa: Ölkədən çıxarıldı  |     21:56 Leyla Əliyeva Madriddə xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO  |     21:49 Azərbaycana ən çox ət bu ölkələrdən gətirilir - RƏSMİ  |     21:43 Gecə restoranın mətbəxinə girdi, samovar və kilolarla ət apardı  |     21:36 Mərkəzi Bank niyə əlavə dollar alır?  |     21:31 Dünya sürətlənib: Saatlardan ilk dəfə bir saniyə çıxarıla bilər  |     21:22 Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama  |     21:17 Xəzər üçün qorxulu proqnoz: 2050-ci ilə qədər...  |     21:11 Rusiyadan ABŞ və İrana ÇAĞIRIŞ  |     21:04 Şəmkirdə istixanada yanğın olub - VİDEO  |     20:59 Bu küçədə hərəkət məhdudlaşdırılacaq  |    
Left Banner
Right Banner

Bakıda ən ucuz mənzillər bu rayonlarda satılır

16.09.2025 23:01 621
Bakıda ən ucuz mənzillər bu rayonlarda satılır
Mənzil bazarının dəyərinə görə paytaxtın bahalı rayonları Nəsimi və Səbail rayonlarıdır. Orta qiymətə mənzillər də daha çox Nizami və Xətai rayonunda təklif olunur. Ucuz mənzillərə gəldikdə isə minimal qiymətlərə Qaradağ, Sabunçu, Suraxanı və Pirallahı rayonlarında rast gəlinir.

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyib.

Onun sözlərinə görə, bu gün Bakda mənzilin 1 kvadratmetrinin orta qiyməti 2500 manatdır: "Əgər əvvəllər bu rəqəm 1500 manat civarında idisə, bu gün artıq orta rəqəm 2500 manat ətrafındadır”.

Ekspert həmçinin vurğulayıb ki, Bakıda mənzillərin qiyməti ilin əvvəli ilə müqayisədə 10%-dən artıq artıb: "Bəzi seqmentlərdə hətta 15%-dir. Ən çox tələbat yeni tikililərdə 100 kvadratmetrə qədər olan mənzillərədir. 100 kvadratmetrə qədər olan mənzillərdə təxminən 15%-ə qədər qiymət artımı var. Amma, ümumilikdə götürsək, məsələn, 200-300 kvadratmetr olan mənzillərdə bu qiymət 10%-ə qədərdir. Çünki yeni tikililərdə bir amil var ki, böyük kvadratlıq sahələr nisbətən daha ucuzdur”.

"Məsələn, binada sahəsi 100 kvadratmetrə qədər olan mənzildə 1 kvadratmetri 2500 manata satılırsa, ondan çox sahəyə malik olanlar 2200 və 2300-ə təklif olunur. Mərtəbəsindən asılı olaraq da bu qiymətlər dəyişə bilir. Yeni tikililərdə ən uyğun, ən baha olan mərtəbələr 8 və 12-ci mərtəbələrdir. Ondan aşağı və ondan yuxarı mərtəbələr isə daha ucuz təklif olunur”, - ekspert əlavə edib.скачать dle 11.3
Mojo.az Banner