Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Prezident İlham Əliyev Davosda Braziliyanın "BTG Pactual" şirkətinin sədri ilə görüşüb - FOTO

19.01.2026 19:30 573
Prezident İlham Əliyev Davosda Braziliyanın
Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində Braziliyanın aparıcı investisiya banklarından və aktivlərin idarə edilməsi şirkətlərindən biri olan "BTG Pactual" şirkətinin sədri Andre Esteves ilə görüşüb.

Median.Az
AZƏRTAC-a istinadla xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanın makroiqtisadi sabitliyinə və fiskal intizamına, həmçinin uzunmüddətli inkişaf strategiyasına toxunaraq, bu istiqamətdə həyata keçirilən siyasətin ölkəmizin beynəlxalq maliyyə bazarlarında etibarlı tərəfdaş kimi mövqeyinin daha da möhkəmlənməsinə müsbət təsir göstərdiyini dedi.

Dövlətimizin başçısı vurğuladı ki, dünyanın beynəlxalq reytinq agentlikləri ölkəmizin kredit reytinqini daha da artıraraq, investisiya və müsbət proqnozu olan reytinq səviyyəsinə qaldırıb.

Rəhbərlik etdiyi şirkətin qlobal fəaliyyət coğrafiyası və institusional investorlarla iş təcrübəsi barədə danışan Andre Esteves "BTG Pactual"ın müxtəlif regionlarda tətbiq etdiyi investisiya yanaşmaları barədə məlumat verdi.

Qeyd olundu ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə bu şirkət arasında son dövrlərdə mümkün əməkdaşlıq istiqamətləri və strateji prioritetlər ətrafında ilkin müzakirələr aparılır, qarşılıqlı maraq doğuran məsələlər üzrə dialoq davam etdirilir.

Söhbət zamanı qlobal iqtisadi proseslər, beynəlxalq maliyyə bazarlarında mövcud vəziyyət və institusional investorların müxtəlif regionlara yanaşması, həmçinin inkişaf etməkdə olan bazarlarda investisiya mühiti, uzunmüddətli investisiya yanaşmaları və qarşılıqlı investisiya layihələri ilə bağlı fikir mübadiləsi aparıldı.

Qeyd edək ki, 1983-cü ildə təsis edilmiş "BTG Pactual" təxminən yarım trilyon ABŞ dollarından çox aktivləri idarə edir.






скачать dle 11.3
Mojo.az Banner