Alim Qasımovdan MaNganın təklifinə cavab
"MaNga" qrupunun aparıcı solisti Ferman Akgül Bakı konsertindən əvvəl jurnalistlərə açıqlamasında Alim Qasımovla duet oxumaq istədiklərini deyib.
Məsələ ilə bağlı azxeber.com-a danışan Alim Qasımov isə təklifə müsbət yanaşdığını vurğulayıb:
"Təklif gəlsə, yaxşı dəyərləndirərəm. Heç bir problem yoxdur. Amma mövzuya, sözlərə və musiqiyə baxmaq lazımdır.”
Qeyd edək ki, dünən "maNga” qrupun Bakı Konqres Mərkəzində konserti baş tutub.