Mojo.az Banner
15:59 Metro, avtobus, güzəştli paketlər: Azərbaycanda nə dəyişəcək?  |     15:32 Bakıdan Tiflisə getmək istəyənlər: Bu sənədlər də mütləq üstünüzdə olmalıdır  |     15:23 “Eurohome”un fəaliyyəti dayandırıldı - Video  |     15:21 Bakıda səhər saatlarında dəhşətli qətl: Ahıl ər-arvadın öldürülməsinin TƏFƏRRÜATI (Yenilənib)  |     14:35 "İdrak" liseyində müəllimini silahla vuran şagirdin İTTİHAMI AĞIRLAŞDIRILDI  |     14:25 Bölgələrə avtobusla səfər edənlərin NƏZƏRİNƏ  |     14:12 Azərbaycanda müğənni qəfil vəfat etdi - FOTO  |     13:20 Günəşdə aktivlik müşahidə olunur: Yer üçün təhlükə varmı?  |     12:59 Face Pay-dən “myGov”a: Yeni rəqəmsal həyat tərzi formalaşır  |     12:54 Kiçik sahibkarlıq zəiflədikcə bahalaşma artır  |     12:48 Niyə BOKT-lar banklardan daha çox tələb görür? – Ekspert SƏBƏBLƏRİ AÇIQLADI  |     12:33 Leyla Əliyeva Masallıda Cümə məscidini ziyarət edib - VİDEO  |     12:25 500-ə yaxın dərman preparatlarını ölkəyə qanunsuz yolla keçirmək istədilər  |     12:19 Tanınmış estetik mərkəzlə bağlı cinayət işində təqsirləndirilənlərdən XƏBƏR VAR  |     12:11 ABŞ-nin dövlət katibi Ermənistana səfər edəcək  |     12:09 Yağışa görə buraxılış imtahanlarında iştirak edə bilməyən şagirdlərə ŞAD XƏBƏR  |     12:08 Azərbaycan dili imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat elan olunub  |     12:06 Leyla Əliyeva və Alyona Əliyeva Müstəqillik Gününə həsr olunmuş konserti izləyiblər - FOTO  |     11:59 İnterpol xətti ilə axtarılan Azərbaycan vətəndaşı Ukraynadan gətirilir  |     11:57 Ölkə ərazisində intensiv yağıntılar davam edir - FAKTİKİ HAVA  |    
Left Banner
Right Banner

Valideyn davranışının 7 düzgün modeli: Onların mahiyyəti nədir?

19.01.2026 19:45 243
Valideyn davranışının 7 düzgün modeli: Onların mahiyyəti nədir?
Hər valideyn istəyir ki, uşağı xoşbəxt, özünə güvənən, müstəqil və uğurlu böyüsün. Lakin əsas sual budur: bunu necə etmək olar?

Təxminən 80 ildir alimlər bu suala uzunmüddətli tədqiqatlar vasitəsilə cavab tapmağa çalışırlar. Xüsusilə, 70 mindən çox valideyn-uşaq cütlüyü ömürləri boyunca müşahidə olunub. Bu, təhsil, məşğulluq, kognitiv qabiliyyətlər, fiziki və psixi sağlamlıq, həmçinin ailə və uşaqların tərbiyəsi haqqında məlumat toplamağa imkan verib.
 
İnc.com yazır ki, alimlər 5 nəsil uşaqları öyrəniblər – bu, dünyada insan inkişafına ən uzunmüddətli müşahidə olub.

Tədqiqatçılar müəyyən etməyə çalışıblar ki, niyə bəzi uşaqlar uğur qazanır, digərləri isə yox və valideynlərin ümumi uğura rolu nə olub.

Valideynlik üzrə mütəxəssis Helen Pirson qeyd edib ki, fərdi fərqlər rol oynasa da, 7 valideyn davranış modeli ən böyük təsirə malikdir.

Bu 7 model bunlardır:

* Uşaqlarla danışmaq və onları dinləmək bacarığı;
* Onların suallarına səmimi cavab vermək;
* Gələcəkləri ilə bağlı planlarınızı onlarla bölüşmək;
* Onlara rəqəmləri və hərfləri öyrətmək;
* Onlarla birlikdə qonaq getmək və ekskursiyalara çıxmaq;
* Uşaqlara oxumağı sevdirmək və zövq üçün oxumağa təşviq etmək;
* Yatmaq vaxtını müəyyənləşdirmək və ona riayət etmək.

Bu nəticələr sadə görünə bilər, lakin sadə nəticələr çox vaxt son dərəcə önəmlidir.

Məsələn, uşaqlarla danışmaq və onları dinləmək – ən yaxşı göstərici valideynlərin uşaqlarla birlikdə olarkən diqqətinin yayınıb-yayınmamasıdır.

Qısacası, uşaqlarla birlikdə keçirdiyiniz hər an faydalıdır, lakin keyfiyyətli vaxt daha yaxşıdır.

Eyni qayda erkən yaşda uşaqlara oxumaq və böyüdükcə onları zövq üçün oxumağa təşviq etməkdə də keçərlidir. 31 ölkədə 160 mindən çox böyüklə aparılan tədqiqat göstərib ki, uşaqlıqda evdə kitabların sayı nə qədər çoxdursa, iştirakçılar böyüyəndə oxu yazı, riyaziyyat və texnologiyalardan istifadə üzrə daha bacarıqlı olurlar.

Həmçinin, 10 yaşına qədər zövq üçün oxuyan uşaqlar məktəbdə yalnız ana dili deyil, həm də riyaziyyat kimi fənlərdə daha yaxşı nəticə göstərirlər.

Yatmazdan əvvəlki vaxt da vacibdir. Tədqiqat göstərib ki, müxtəlif vaxtlarda yatmaq vərdişi olan uşaqlarda davranış problemləri daha çox müşahidə olunur. Lakin nizamlı yatmaq vaxtı tətbiq ediləndə davranışda yaxşılaşma müşahidə edilir.

Niyə? Tədqiqat göstərir ki, nizamlı olmayan yatmaq vaxtı bədənin təbii ritmlərini poza bilər, yuxusuzluq yarada bilər və bu, beynin yetişməsinə və bəzi davranışların tənzimlənməsinə təsir göstərir.

Beləliklə, uşaqların gələcəkdə daha uğurlu, özünü reallaşdıran və xoşbəxt olmasına kömək edən tədbirləri həyata keçirmək, bəzilərinin düşündüyündən daha sadə ola bilər.

Vacib məqam

Bütün bu nəticələrin bir məhdudiyyəti var: kasıb və ya əlverişsiz ailələrdə doğulan uşaqlar inkişaf üçün daha az imkanlıdır. Yaxşı tərbiyə bəzən çətinlikləri aşmağa və uğur qazanmağa kömək edə bilər, lakin tədqiqat göstərir ki, yaxşı tərbiyə zəngin və kasıb uşaqlar arasındakı təhsil fərqini yalnız təxminən 50% azaldır.

"Təəssüf ki, başlanğıc şərtlər vacibdir. Xoşbəxtlikdən isə yaxşı tərbiyə hər şəraitdə önəmlidir", deyə nəşr qeyd edib.
//qaynar.azскачать dle 11.3
Mojo.az Banner