Mojo.az Banner
16:14 Pensiya kapitallarında dəyişikliklə bağlı - Rəsmi açıqlama  |     16:00 Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib  |     15:59 Ermənistanda hərbçi güllələnərək öldürülüb  |     15:53 Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəldi  |     15:50 Bu ərazidə yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO  |     14:25 Masazırda 4 maşın yandı  |     14:13 Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA  |     14:12 Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqləndi  |     14:11 Azərbaycan nefti ucuzlaşdı  |     14:09 Bakıda it sahibi tərəfindən döyüldü - Video  |     14:01 Ov mövsümü başladı  |     13:51 Naxçıvanda məşhur kafedə dava: Barmen pivə bakalını müştərinin başına çırpdı  |     13:48 Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi  |     13:47 İstanbulda 150 milyon lirəlik mərc şəbəkəsi ifşa olundu  |     13:43 Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib  |     13:18 Azərbaycanda LGBT-nin fəaliyyəti qadağan edilir  |     13:08 Qadını şantaj edən gənc həbs olundu  |     12:34 Mingəçevirdə bədbəxt hadisə: 52 yaşlı kişi öldü  |     23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda valideyn himayəsindən məhrum olmuş uşaqların sayı bilindi - RƏSMİ

23.09.2020 15:53 1 281
Azərbaycanda valideyn himayəsindən məhrum olmuş uşaqların sayı bilindi - RƏSMİ
Hazırda Azərbaycanda müəssisələrdə valideyn himayəsindən məhrum olan 1500 uşaq var.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Facebook” səhifəsində “Sosial Saat” verilişi zamanı Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə və valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdiri Cavid Şahmalıyev bildirib.

Onun sözlərinə görə, 0-3 yaşa qədər uşaqlarla bağlı qeydiyyat səhiyyə müəssisələri tərəfindən aparılır:

“Üç yaşdan yuxarı uşaqlarla bağlı qeydiyyat isə Təhsil Nazirliyinin və İcra Hakimiyyətinin nəzdində olan uşaq evlərində aparılır. Eyni zamanda, dövlət statusu olmayan sığınacaqlarda da uşaqlar var. Hər valideynindən məhrum olmuş uşaq övladlığa götürülmə üçün münasib sayılmır. Təhlillər aparılır, valideyn razı olarsa, övladlığa verilir”.

“Şəxs valideyn hüququndan məhrum edildikdən sonra bir müddət onların rəftarları qiymətləndirilir. Davranışları etinasız olarsa, onların övladları qanunla övladlığa verilə bilər”, - deyə nazirlik rəsmisi qeyd edib.скачать dle 11.3
Mojo.az Banner