Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda əlilliyi olan 22 uşaq övladlığa verilə bilən uşaqlar kimi müəyyən olunub

12.07.2024 19:22 915
Azərbaycanda əlilliyi olan 22 uşaq övladlığa verilə bilən uşaqlar kimi müəyyən olunub
Azərbaycanda əlilliyi olan 22 uşaq övladlığa verilə bilən uşaqlar kimi müəyyən olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Report"a verilən xəbərə görə, onlar nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün sosial xidmət müəssisələri, eləcə də uşaq evi və internat müəssisələri və Uşaq Psixonevroloji Mərkəzindəki uşaqlardır.

Həmin uşaqlar barədə məlumatlar Nazirliyin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə” altsisteminə daxil edilib.

Övladlığa verilə bilən uşaqlar üçün fərdi inkişaf planı hazırlanıb. Fərdi inkişaf planlarının tərtibatı zamanı uşaqların yaşı, sağlamlığı, istək və mənafeləri, bacarıq və digər xüsusiyyətləri nəzərə alınıb.

Qeyd edək ki, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün sosial xidmət müəssisələrindən övladlığa götürülən əlilliyi olan uşağa görə onu övladlığa götürən şəxs üçün aylıq 600 manat müavinət nəzərdə tutulub.

Bu müavinətlə yanaşı, uşağın orqanizmin funksiyalarının pozulması:

81-100 faiz olduqda - 270 manat müavinət, 200 manat təqaüd (gözdən əlilliyə görə olduqda 300 manat) və həmin uşağa qulluğa görə 100 manat təqaüd,

61-80 faiz olduqda 220 manat müavinət və uşağa qulluğa görə 100 manat təqaüd,

31-60 faiz olduqda 150 manat müavinət və uşağa qulluğa görə 100 manat təqaüd

nəzərdə tutulub.

Beləliklə, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün sosial xidmət müəssisələrindəki əlilliyi olan uşağın övladlığa götürülməsinə görə aylıq sosial ödənişin ümumi məbləği uşağın əlillik göstəricisi 81-100 faiz olduqda 1170 manat (gözdən əlilliyə görə olduqda 1270 manat), 61-80 faiz olduqda 920 manat, 31-60 faiz olduqda 850 manat təşkil edir.

Son xəbərlər