İlham Əliyev: “İlk ölkə Türkiyədir, ikincisi isə İtaliyadır” » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:13 “Fitch” bu il Azərbaycanda büdcə kəsiri ilə bağlı proqnozunu açıqlayıb  |     20:06 Slovakiya Elçin Qasımovu Bakıya səfir təyin edib  |     19:59 Bir ay ərzində sərhəddə 7 milyon manat dəyərində qaçaqmal tutulub  |     19:53 Futbol matçlarında hissələrarası fasilənin müddəti uzadıla bilər  |     19:45 Azərbaycanda unun topdansatış qiyməti azalıb  |     19:40 21 yaşlı tennisçi "Uimbldon" turnirində rekord qırıb  |     19:32 WSJ: Amazon anbarlarında tezliklə insanlardan daha çox robot olacaq  |     19:25 Venesuela özünün təhlükəsiz messencerini yaradacaq  |     19:16 Uşaqların psixi sağlamlıq problemlərinin həllinə kömək edən ən yaxşı üsul müəyyən edilib  |     19:11 ABŞ Suriyaya qarşı sanksiyaların əksəriyyətini ləğv edib  |     19:03 BVF Ukraynaya yarım milyard dollar kredit ayrılmasını təsdiqləyib  |     18:43 "Crocus" terroru ilə bağlı iş məhkəməyə göndərildi: Ukrayna rəhbərliyi ilə əlaqəsi müəyyən edildi  |     18:22 Azərbaycanəsilli art-menecer Rusiyada qiyabi həbs edilib  |     18:21 Şirvanda "Çardaq" kafesində əxlaqsızlıq yuvası aşkarlandı  |     18:01 Məhkəmə "Sputnik Azərbaycan" işi üzrə saxlanılan şəxslər barəsində qərar çıxarıb  |     17:55 Azərbaycan Rusiyaya nota verdi: Daxili işlərimizə qarışmayın  |     17:46 Dənizkənarı Bulvar İdarəsinin vəzifəli şəxslərinin məhkəmələri başlayır  |     17:33 Sabahdan külək güclənəcək  |     17:16 İzmirin Adnan Menderes Hava Limanı bağlandı  |     17:10 Tibbi xidmətin göstərilməsi qaydalarını pozmağa görə yeni cəzalar  |    

İlham Əliyev: “İlk ölkə Türkiyədir, ikincisi isə İtaliyadır”

“Azad edilmiş ərazilərlə bağlı xüsusi investisiya proqramı qəbul edilib. Cari il üçün nəzərdə tutulmuş məbləğ təqribən 1.3 milyard ABŞ dolları təşkil edir. Sərmayə qoyuluşu əsasən infrastruktur layihələrinədir. Bu ilin sonunadək sahəsi 10 min kvadratkilometrə bərabər olan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təminatı tam başa çatacaq”.

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində jurnalistin “Bakı azad olunmuş ərazilərə sərmayə qoyacaqmı?” sualına cavab verən zaman deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan hazırda azad edilmiş ərazilərdə avtomobil və dəmir yolları inşa edir:

“Azad olunmuş ərazilərdə, Füzulidə yerləşən yeni hava limanı hazırdır. Artıq o, ilk təyyarələri qəbul edib. Biz onu səkkiz aya inşa etmişik. Daha iki hava limanının inşası davam edir. Bununla yanaşı, biz artıq yaşayış binalarının tikintisi layihələrinə başlamışıq. İki şəhərin Baş planı təsdiq edilib və işlərə start verilib. Yəni, biz işlərə çox fəal başlamışıq və planımız keçmiş məcburi köçkünlərin doğma evlərinə ən qısa zamanda qaytarılmasıdır”.

İlham Əliyev jurnalistin “İtaliyanın yenidənqurma işlərinə cəlb edilməsi nəzərdə tutulurmu və ya İtaliya artıq bu işlərdə iştirak edirmi?” sualına da cavab verib:

“İtaliya bu işlərə cəlb edilən ilk ölkələrdəndir. İlk ölkə Türkiyədir, ikincisi isə İtaliyadır. Bu, təsadüfi deyil. Bu, bizim seçimimiz idi. Mən demişdim ki, biz Böyük Qayıdışla bağlı yenidənqurma layihələrinə yalnız dost ölkələrdən olan şirkətləri dəvət edəcəyik. Bir neçə italyan şirkəti artıq müxtəlif layihələrdə, o cümlədən Zəfər muzeylərinin, Memorial muzeylərin və İşğal muzeylərinin yaradılmasında iştirak edir. Artıq bir italyan şirkəti bir bölgənin enerji təminatı məsələsi ilə bağlı bizimlə müqavilə imzalayıb. Bundan əlavə, digər italyan şirkəti kənd təsərrüfatı məhsullarının istehsalına sərmayə yatırmağa başlayıb. Beləliklə, italyan şirkətlərinin Azərbaycanda fəaliyyəti alqışlanılır və bu yenidənqurma işlərində daha çox italyan şirkətləri olacaq”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 217 13.10.21 16:56