Mojo.az — elanlar
Son Xəbərlər
23:16 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Foto  |     22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |     22:34 Gəmidə marixuana ilə tutulan dənizçiyə hökm oxundu  |     22:26 "Vef Plus" mağazasından 750 manatlıq oğurluq  |     22:21 7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu  |     22:13 Səhər və axşam yeməyinin vaxtı ömrün uzunluğuna təsir edir (ARAŞDIRMA)  |     22:08 Fransaya getmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq  |     22:01 Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı  |     21:56 "Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert  |     21:50 Bu marşrut üzrə əlavə qatar reysləri təşkil ediləcək - CƏDVƏL  |     21:41 Məhkəmə Köçəryanla bağlı yeni qərar verəcək  |     21:36 Vətən müharibəsindən sonra minaya düşənlərin sayı açıqlandı  |     21:29 Nigeriyada 103 "Boko Haram" üzvü öldürüldü  |     21:24 Rayon prokuroru təyin edilən şəxs bu tanınmış hakimin oğludur  |     21:15 Azərbaycan ərazisi ilə 12 milyon tondan çox tranzit yük daşınıb  |     21:10 İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb  |     21:10 Sabah yağış yağacaq  |     21:03 Bu qidalar bağırsaq xərçəngi riskini artıra bilər - TƏDQİQAT  |     20:55 Astarada kişi pilləkəndən yıxılaraq öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

“Fitch” bu il Azərbaycanda büdcə kəsiri ilə bağlı proqnozunu açıqlayıb

01.07.2025 20:13 1 182
“Fitch” bu il Azərbaycanda büdcə kəsiri ilə bağlı proqnozunu açıqlayıb
“Fitch" - beynəlxalq reytinq agentliyi bu il Azərbaycanın dövlət büdcəsinin kəsirinin 0,6 milyard manat təşkil edəcəyini proqnozlaşdırır.

Median.Az
bu barədə agentliyin hesabatına istinadən xəbər verir.

Qurumun proqnozuna görə, gələn il isə büdcə kəsiri 1,1 milyard manata qədər artacaq.

Agentlik bunu bir neçə amillə əlaqələndirir - büdcədə nəzərdə tutulandan daha aşağı neft qiymətləri, Qarabağın bərpasına yönəlmiş kapital xərcləri, müdafiə və sosial təminat xərcləri ilə bağlı təzyiqlər.

Rəsmi statistikaya görə, bu ilin yanvar-may aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 17 milyard 138 milyon manat, xərcləri isə 13 milyard 691,8 milyon manat təşkil edib. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 7,1 % və 1,6 % çoxdur.

Büdcə gəlirləri proqnozdan 3,9 % çox, büdcə xərcləri isə proqnozdan 3,5 % az icra olunub.

Nəticədə 5 ay ərzində büdcədə 3 milyard 446,2 milyon manat məbləğində profisit yaranıb. Bu isə bir il əvvəlki göstəricidən 36,05 % çoxdur.

Son xəbərlər