Mojo.az Banner
16:43 Şəmkirdə 13 yaşlı yeniyetmə ÖLDÜ  |     16:42 Rusiya və Ukrayna arasında meyit mübadiləsi oldu  |     15:50 Azərbaycanda yeni parklanma qaydaları TƏSDİQLƏNDİ  |     15:43 Azər Məmmədov yeni departament yaratdı, rəis təyin etdi  |     15:37 Hidayət Heydərov sosial şəbəkə paylaşımına görə cəzalandırıldı - FOTO  |     15:29 İrandan XƏBƏRDARLIQ: "Təhdidlər reallaşsa, ABŞ-nin bölgədəki bütün obyektlərini vuracağıq"  |     15:24 Hidayət Heydərov dünya çempionatından əvvəl çəki dərəcəsini dəyişdi  |     15:15 DİQQƏT - ADY bəzi sərnişinlərin biletlərinin pulunu QAYTARACAQ  |     15:10 Azərbaycan və Serbiya generalları görüşdülər  |     15:03 Sabah Azərbaycanda 38 dərəcə isti olacaq  |     14:54 Əli Əsədov Məhəmməd Mustafa ilə görüşüb  |     14:49 Bakıda yeni təmayül tədris modelinin tətbiq olunacağı məktəblər - SİYAHI  |     14:40 Ermənistan ABŞ ilə "Tramp marşrutu" üzrə çərçivə sazişinin ratifikasiyasını təsdiqlədi  |     14:35 "Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu  |     14:15 Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gözlənilir  |     13:11 Uçuş ləğv edilib və ya gecikib: Bunları bilmək vacibdir  |     12:58 Qubada hamilə qadın xəstəxanada ölüb - RƏSMİ AÇIQLAMA  |     12:57 Bakıda və bəzi rayonlarda külək güclənir - FAKTİKİ HAVA  |     12:56 Göyçayda 36 yaşlı kişi BIÇAQLANDI  |     12:47 Daun sindromu niyə artır? — Həkimdən xəbərdarlıq  |    
Left Banner
Right Banner

Tibbi xidmətin göstərilməsi qaydalarını pozmağa görə yeni cəzalar

01.07.2025 17:10 462
Tibbi xidmətin göstərilməsi qaydalarını pozmağa görə yeni cəzalar
Tibbi xidmətin göstərilməsi qaydalarını pozmaya görə yeni cəzalar müəyyənləşib.

Prezident İlham Əliyev bununla bağlı Cinayət Məcəlləsinə dəyişikliyi təsdiqləyib.

Cinatyət Məcəlləsinin 142-ci maddəsinin (Xəstəyə kömək göstərməmə) adının dəyişdirilərək "Tibbi xidmətin göstərilməsi qaydalarını pozma” kimi qeyd olunması təklif edilib.

Həmçinin qanuna və ya xüsusi qaydalara uyğun olaraq şəxsə kömək etməyə borclu olan tibb işçisinin üzrlü səbəblər olmadan tibbi yardım göstərməməsi, yaxud tibb işçisinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz peşə vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxs tərəfindən praktik tibb fəaliyyətinin həyata keçirilməsi, habelə tibb işçisi tərəfindən ixtisasına uyğun olmayan tibbi xidmətin göstərilməsi, yaxud dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsi ehtiyatsızlıqdan şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Yuxarıda nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərərin vurulmasına səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması təklif edilir.

Həmin əməllərin ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması təklif olunur.

Həmçinin yuxarıda nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
скачать dle 11.3
Mojo.az Banner