Mojo.az Banner
16:20 Gömrükdən 232 minlik malı qanunsuz keçirmək istəkləri ürəklərində qaldı  |     16:01 34 il əvvəl atasını ağacla öldürən şəxs həbs edilib - TƏFƏRRÜAT  |     15:47 Balıq ovu mövsümü açıldı  |     15:43 Günəş partlayışları və maqnit qasırğası riski: Sentyabrın ilk günləri üçün proqnoz  |     15:30 Azərbaycanda yeni su tarifləri müəyyənləşdi  |     15:28 Paşinyan: "İrəvan kommunikasiya və ticarət layihələrinin icrası üçün Bakı və Ankara ilə sıx işləyir"  |     15:22 Birinci və İkinci Qarabağ müharibələrində itkin düşmüş şəxslərin sayı açıqlanıb - FOTO  |     15:19 Ərdoğan ŞƏT görüşündə Orta Dəhliz və Azərbaycanla bağlı mühüm bəyanat verib  |     14:40 Sumqayıtda avtomobil 46 yaşlı qadını vuraraq öldürüb  |     14:39 300 min manatlıq dələduzluğa görə tutulan ehtiyatda olan mayora hökm oxunub  |     14:23 Vüsal Şilderin qətli ilə bağlı iş məhkəməyə göndərildi  |     13:26 Qəbələyə istirahətə gedən qadın hovuzda ölü tapıldı  |     13:14 Məşhur turizm şirkətinin rəhbəri Polşada həbs edildi - FOTO  |     13:00 Oğurladığı qızılları sataraq özünə avtomobil alan şəxs saxlanılıb  |     12:48 Dünya Bankı Azərbaycana qrant ayırdı  |     12:23 Dünya birjalarında neft bahalaşır: Son qiymətlər açıqlandı  |     12:14 Bəzi rayonlarda iki gün qaz olmayacaq  |     12:06 Şəkidə hoteldə yanğın: Təxliyə olunanlar var  |     11:56 Məktəbli çantasının ideal çəkisi nə qədər olmalıdır? - Valideynlərə vacib tövsiyə  |     11:38 Rusiyada əmək miqrantları üçün qaydalar SƏRTLƏŞDİRİLDİ  |    
Left Banner
Right Banner

Azərbaycanəsilli art-menecer Rusiyada qiyabi həbs edilib

01.07.2025 18:22 636
Azərbaycanəsilli art-menecer Rusiyada qiyabi həbs edilib
Rusiya məhkəməsi Perm Müasir İncəsənət Muzeyinin (PERMM) keçmiş direktoru, art-menecer və rəssam Nailə Allahverdiyevanı beynəlxalq axtarışa verib, həmçinin o, qiyabi həbs edilib.

Median.Az
TASS agentliyinə istinadən xəbər verir ki, həbs qərarını Rusiyanın Perm şəhərinin Dzerjinski Rayon Məhkəməsi çıxarıb.

Qeyd olunur ki, N.Allahverdiyevaya qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 148-ci (Cəmiyyətə açıq-aşkar hörmətsizliyi ifadə edən və dindarların dini hisslərini təhqir etmək məqsədilə törədilən ictimai hərəkətlər) maddəsi ilə cinayət işi açılıb.

Bir sıra KİV-in məlumatına görə, məhkəmə araşdırmasının predmeti N.Allahverdiyevanın muzeyin kolleksiyasında olan bir neçə əsərin sərbəst şəkildə nümayişinə icazə verməsi olub.

Belə ki, Perm Prokurorluğu məhkəmə vasitəsilə N.Allahverdiyevanın işdən azad edilməsinə nail olub. Bundan əvvəl, 2024-cü ilin dekabrında o, öz xahişi ilə muzeyin direktoru vəzifəsindən azad edilib. Onu da əlavə edək ki, N.Allahverdiyeva 2013-cü ildə YARAT Müasir İncəsənət Məkanının təşkil etdiyi PARTICIPATE layihəsində iştirak edib. Bundan əlavə, o, Yekaterinburq, Perm və Rusiyanın digər şəhərlərində kurator layihələri ilə tanınır.скачать dle 11.3
Mojo.az Banner