Mojo.az Banner
22:55 Yatarkən bunu edənlər diqqətli olsunlar!  |     22:47 Şəmkirdə TIR minik avtomobili ilə toqquşaraq aşdı  |     22:39 Niyə insanlar sosial şəbəkələrdə öz həyatlarını olduğundan fərqli göstərir?  |     22:31 Azərbaycan futbolunda yayın ən bahalı transferləri – SİYAHI  |     22:23 Tasnim: İran Hörmüz boğazının açılması üçün ABŞ-yə yeddi şərt təqdim edib  |     22:16 "Bu, müharibə olacaq": Putindən TƏCİLİ XƏBƏRDARLIQ  |     22:09 Bu şəxslərə əmək pensiyası xüsusi qaydada təyin olunur – AÇIQLAMA  |     22:01 Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb  |     21:57 İran və Oman Hörmüz boğazında gəmiçilik marşrutu ilə bağlı yekun razılaşma əldə edib  |     21:47 Telefondan çox istifadə edənlərin diqqətinə!  |     21:40 Dünyada yalnız bu üç nəfər pasportsuz gəzə bilir  |     21:32 Bakıda 23 yaşlı oğlan arvadını armaturla döydü - Kobud danışığa görə  |     21:26 Azərbaycanda nadir hadisə: Uşaq ananın qaraciyərindədir  |     21:18 Bakı İqlim Həftəsində 140-dan çox ölkədən 2 700 nümayəndə iştirak etdi  |     21:06 Bu bürclər üçün çətin dövr başlayır  |     20:52 Sinoptikdən anomal isti qış xəbərdarlığı  |     20:43 Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur - VİDEO  |     20:30 İran və Oman arasında razılaşma Körfəz ölkələrinin XİN rəhbərlərinin iştirakı ilə elan olunacaq  |     20:21 Quba-Xınalıq yolu çökdü - VİDEO  |     20:12 Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı məlumatlar şəxsi kabinetlərinə göndərilib  |    
Mojo.az Avto
Mojo.az Avto

Rusiyada Azərbaycanın tələbi ilə terrorçuluq fəaliyyətində ittiham olunan şəxs həbs edildi

09.09.2025 11:45 846
Rusiyada Azərbaycanın tələbi ilə terrorçuluq fəaliyyətində ittiham olunan şəxs həbs edildi
Rusiyada Moskva məhkəməsi Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən terrorçuluq fəaliyyətində ittiham olunaraq axtarışda olan şəxsin həbsinə qərar verib. Saxlanılan şəxs beynəlxalq axtarışa verilib və o, dövlət təhlükəsizliyinə qarşı ağır cinayətlərdə ittiham olunur.

Median.Az
xəbər verir ki, bu barədə "RIA Novosti" məhkəmə materiallarına istinadən məlumat yayıb.

Qeyd olunub ki, şübhəli şəxs terrorçuluq məqsədilə təlimlər keçirmək, cinayətkar birlik təşkil etmək və qanunsuz silahlı birləşmələr yaratmaqda ittiham olunur.

Azərbaycanda həmin şəxs qiyabi həbs edilib və beynəlxalq axtarışa verilib. Rusiya hakimiyyət orqanları Azərbaycan tərəfdən bütün lazımi sənədlərin vaxtında təqdim edildiyini təsdiqləyiblər ki, bu da şübhəlini dərhal həbs etməyə imkan verib.

Moskva məhkəməsi şübhəlinin həbsinə qərar verib. Məhkəmə materiallarında saxlanılan şəxsin vətəndaşlığı göstərilməsə də, onun Rusiya pasportunun olmadığı qeyd edilib.

Xatırladaq ki, sentyabrın 8-də Stavropol diyarında Rusiya FTX əməkdaşları tərəfindən Azərbaycan vətəndaşının saxlanılması barədə məlumat daxil olub. O, Rusiyada qadağan olunmuş Ukrayna təşkilatının göstərişi ilə bölgədə terror aktları hazırlamaqda şübhəli bilinib.скачать dle 11.3
Mojo.az Banner