Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

"Crocus" terroru ilə bağlı iş məhkəməyə göndərildi: Ukrayna rəhbərliyi ilə əlaqəsi müəyyən edildi

01.07.2025 18:43 618
Rusiyanın Moskva vilayətində "Crocus City Hall" konsert zalında törədilmiş terror aktı ilə bağlı təqsirləndirilən şəxslərin Rusiyada fəaliyyət göstərən üç terrorçu hüceyrənin üzvləri olduqları müəyyən edilib. Bu hüceyrələrin Tacikistan vətəndaşları tərəfindən Ukraynanın ali siyasi rəhbərliyinin maraqları naminə yaradıldığı bildirilir.

Bu barədə məlumatı Rusiya Baş Prokurorluğunun Mətbuat Xidməti yayıb.

Baş Prokurorluq "Vilayət Xorasan" qruplaşmasının Rusiya ərazisində təşkil etdiyi fəaliyyətin detalları ilə bağlı istintaqın başa çatdığını və cinayət işinin məhkəməyə göndərildiyini açıqlayıb. Qeyd olunub ki, sözügedən qruplaşma İŞİD beynəlxalq terror təşkilatının tərkibində fəaliyyət göstərib.

Təqsirləndirilənlər barəsində cinayət işi üzrə ittiham aktı təsdiqlənərək məhkəməyə göndərilib.

Baş Prokurorluğun məlumatına görə, qrupun yaradıcıları olan iki Tacikistan vətəndaşı və kimliyi müəyyən edilməmiş şəxslər din amilindən istifadə edərək digər tacikləri terror aktı törətməyə cəlb ediblər.

İş üzrə 1 700 nəfər zərərçəkən kimi tanınıb. Vəkillər təqsirləndirilən şəxslərə qarşı maddi ziyanın ödənilməsi ilə bağlı mülki iddialar qaldırmağa hazırlaşırlar.

Xatırladaq ki, terror aktı 2024-cü il martın 22-də axşam saatlarında Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall" konsert zalında baş verib. "Piknik" qrupunun çıxışından əvvəl zala silahlı şəxslər daxil olaraq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar olub və yanğın başlayıb. Hücum nəticəsində 150 nəfərə yaxın adam həlak olub, 500-dən çoxu xəsarət alıb. İŞİD terror aktının məsuliyyətini öz üzərinə götürüb. Rusiya İstintaq Komitəsi "terror aktı" maddəsi üzrə cinayət işi açıb.

Son xəbərlər