Bu il Azərbaycanda avtomobil qəzalarında ölənlərin sayı AÇIQLANDI » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:26 Ərdoğan: "Suriyanın yeni rəhbərliyi ilə əlaqələrin inkişaf etdirilməsi vacibdir"  |     16:25 Ərdoğan ECO-ya üzv ölkələri Şimali Kiprlə əlaqələri genişləndirməyə çağırıb  |     16:22 Tacikistan Prezidenti: "ECO ölkələri üçün enerji bazarı strategiyası hazırlanmalıdır"  |     16:19 Rusiyada azərbaycanlı Zaur Şipilov saxlanılıb - FOTO / VİDEO  |     16:17 Məsud Pezeşkian: "ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir"  |     16:16 Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi baş tutub  |     16:16 Emoməli Rəhmon: "Tacikistan ECO-ya üzv ölkələrlə ticarət dövriyyəsini artırmaqda maraqlıdır"  |     16:15 Tbilisi prospektində yol-nəqliyyat hadisəsi baş verib  |     16:14 Ərdoğan: "Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram"  |     16:07 Xankəndidə Məsud Pezeşkianla Emoməli Rəhmon arasında görüş baş tutub  |     16:05 İran prezidenti: "ECO-nun potensialı region ölkələrinin inkişafına kömək edə bilər"  |     16:02 Şəxsiyyət vəsiqəsindəki məlumatların tərkibi YENİLƏNƏCƏK?  |     15:58 Kəlbəcərin işğalı zamanı mülki əhalini, uşaqları atəşə tutması ilə bağlı ifadələr dinlənilib  |     14:11 "Mahir ay brat" məhkəmə zalından azadlığa buraxıldı - FOTO  |     13:54 Özbəkistan Prezidenti: Bölgənin sülh məkanına çevrilməsindən çox şadam  |     13:54 Nəsimi rayonunda açıq ərazidə yanğın başlayıb  |     13:53 Rüşvət alan kapitana hökm oxundu  |     13:52 Xalq artisti Röya Ayxandan “Ağlama” mahnısına akustik nəfəs - VİDEO  |     13:51 Güclü külək Bakıda iki ağacı aşırıb  |     13:50 Xose konsertindən sonra çəkiliş qrupuna ödəniş etməyib - Videoqraf şikayətçidir  |    

Bu il Azərbaycanda avtomobil qəzalarında ölənlərin sayı AÇIQLANDI

2021-ci ilin üç ayı ərzində respublika ərazisində ölüm və xəsarətlə nəticələnən 376 yol nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, bu qəzalarda 125 nəfər həlak olub, 370 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı 45 (-10,7 %) fakt, ölənlərin sayı 56 (-30,9 %) nəfər, yaralananların sayı isə 8 (-2,1 %) nəfər azalıb.

Aparılan təhlillər göstərir ki, 365 (97 %) yol nəqliyyat hadisəsi məhz sürücülər tərəfindən (piyadalar tərəfindən 9 - 2,4%) yol hərəkəti qaydalarının pozulması nəticəsində baş verib. Bu qayda pozuntularının 43,2 %-i, yəni 158-i sürücülər tərəfindən nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi, 29,8 %-i isə, yəni 109-u qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə qaydalarının pozulması olub.

Yol nəqliyyat hadisələrinin növləri içərisində piyadanı vurmaq (142 - 37,7 %, 49 ölü, 99 yaralı) və toqquşma (136 - 36,1 %, 35 ölü, 179 yaralı) yenə də üstünlük təşkil edir.

Həlak olan 125 nəfərdən (qadınlar 20 nəfər, 7-16 yaş 7 nəfər,) 50-si piyada, 42-si sürücü, 29-u sərnişin, 3-ü isə velosipedçi olub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 206 09.04.21 12:25