Mojo.az Banner
13:49 Ağstafada piyadanı vuraraq hadisə yerindən qaçan şəxsə hökm oxundu  |     13:30 Ermənistanda arxiyepiskop Xaçatryanın həbs müddəti uzadıldı  |     13:14 "Kəpəz"in futbolçusu Veysəl Rzayevin bıçaqlanmasının təfərrüatı  |     13:12 Venesuela illər sonra ilk dəfə ABŞ-yə diplomatik nümayəndə göndərir  |     13:10 Ağsuda qəzada xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb  |     13:09 "Kəpəz"in bıçaqlanan futbolçusunun xəsarətləri məlum oldu  |     13:08 Azərbaycan nefti kəskin ucuzlaşdı  |     12:50 Tramp Harvard Universitetindən bir milyard dollar tələb etdi  |     12:30 Bakıda yaşayış kompleksində dava: Cəmiyyət sədri mülkiyyətçini döydü  |     12:30 Gəncədə 25 yaşlı şəxs qətlə yetirilib - Saxlanılan var  |     12:19 Meymunçiçəyinin əsas əlaməti açıqlandı  |     11:57 Mütəxəssis təkrar qaynadılan sudan istifadənin zərərlərindən danışdı  |     11:43 "Mənə hədə-qorxu gəldilər" - Vətəndaş avtosalondan şikayət etdi (Video)  |     11:42 Ata və oğlu tərəfindən döyülən "Azəriqaz" əməkdaşı: "Deyirdi vur ölsün" - Video  |     11:39 Zabratda köhnə binanın sakinləri təhlükə altında yaşayırlar - Video  |     11:36 Atasını bıçaqlamaqda şübhəli bilinən qız saxlanıldı  |     11:30 Azərbaycanda professor vəfat etdi  |     11:25 DTX-dən əməliyyat: Rusiya-Ukrayna müharibəsində iştirak etmiş Azərbaycan vətəndaşları həbs olundular  |     11:18 Bəzi rayonlarda yağıntılı hava şəraiti müşahidə olunur - Faktiki hava  |     23:00 Şəmkirdə evdən gənc oğlanın meyiti tapılıb  |    
Left Banner
Right Banner

Qarabağda ilk radionu hansı şirkət açacaq? - RƏSMİ

07.04.2021 14:24 1 020
Qarabağda ilk radionu hansı şirkət açacaq? - RƏSMİ
Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib.

Qurumdan verilən məlumata görə, iclasda işğaldan azad olunmuş ərazilərdə radio yayımının təşkili məsələləri müzakirə olunub. Qarabağda yeni regional radio kanalının açılması üçün 102,7 MHs işçi tezliyinə elan olunan müsabiqənin nəticələri açıqlanıb.

Müsabiqə çərçivəsində yeddi iddiaçı Şuraya sənədlərini təqdim edib:

- “Real Təhlil İnformasiya Mərkəzi” MMC;
- “Caspian İnternational Broadcasting Company” MMC;
- “Balans Studiyası” MMC;
- “İNS ÇM” MMC;
- “İsti Press” MMC;
- “Azad Azərbaycan” Müstəqil Teleradio kompaniyası;
- “ARB 24” MMC.

Geniş müzakirələrdən sonra digər iddiaçılarla müqayisədə müxtəlif dillərdə yayım aparmaq üçün üstün imkanlara, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan “Caspian İnternational Broadcasting Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin (“CBC FM” radio kanalı) müsabiqənin qalibi elan olunması barədə qərar qəbul olunub.скачать dle 11.3