Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Mütəxəssis təkrar qaynadılan sudan istifadənin zərərlərindən danışdı

03.02.2026 11:57 1 071
Mütəxəssis təkrar qaynadılan sudan istifadənin zərərlərindən danışdı
"Suyun təkrar qaynadılması onu oksigendən və faydalı metallardan məhrum edir".

Median.Az
Rusiya mətbuatına istinadən xəbər verir ki, bu fikirləri həkim Denis Prokofyev səsləndirib.

Rusiyalı mütəxəssis bildirib ki, suyun dəfələrlə qaynadılması sağlamlıq üçün risk yarada və böyrək problemləri, eləcə də metabolik pozğunluqlara səbəb ola bilər. Onun sözlərinə görə, suyun qaynadılması mikrobların və bakteriyaların məhv edilməsi, yəni sterilizasiya və dezinfeksiya üçün effektiv üsuldur. Lakin bu prosesin dəfələrlə təkrarlanması ağır metalların və duzların konsentrasiyasını artırır, nəticədə çöküntülər və pulcuqlar əmələ gəlir.

Həkim qeyd edib ki, şəhər mühitində sudakı xlorun təsiri kanserogen maddələrin yaranması riskini artırır. Müntəzəm olaraq dəfələrlə qaynadılmış sudan və ya yüksək əhəng tərkibli çaydanlardan istifadə böyrəklərə mənfi təsir göstərə və hətta böyrək çatışmazlığına yol aça bilər.

Bundan əlavə, metabolik pozğunluqlarla bağlı əlavə risklər də mövcuddur. Suyun dəfələrlə qaynadılması onu oksigendən və faydalı metallardan məhrum edir, nəticədə su "ölü" hala düşür və orqanizm üçün yararsız olur. Prokofyevin sözlərinə görə, belə su uzun müddət çaydanda və ya qrafində saxlanılarsa, bakteriyaların çoxalması üçün əlverişli mühit yarana bilər.
//oxu.az

Son xəbərlər