Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:05 "Gün keçdi" filminin davamı çəkilə bilər | 20:00 Tarixi gəmi turistlər üçün batırılacaq | 19:53 Kənd təsərrüfatı məhsullarını bahalaşdıran səbəb: Alış və satış qiymətlərinə limit təklifi | 19:44 Ucuz kredit vədi ilə bank hesablarını boşaltdılar - 120 nəfər hədəfə alındı | 19:43 Dünyanın ən populyar krossoverləri (SİYAHI) | 19:41 Onlayn ticarətdə qaydalar dəyişir: "Köhnə satıcılar" üçün çətin günlər başlayır | 19:36 Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - Adları | 19:19 Bağça müəllimlərinin sertifikatlaşdırılması üzrə qiymətləndirmə meyarları açıqlandı | 19:04 Amnistiya ilə azadlığa çıxdı, ətçəkən və çaydan oğurlayıb yenidən həbsə düşdü | 18:55 İki avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir | 18:27 Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ | 18:13 Ermənistan İK sədri: "Zəngəzurda saxlanılan Azərbaycan əsgərinin heç kimi öldürmək niyyəti olmayıb" | 18:05 Cinayətkar birlik yaratmaqda təqsirləndirilən hərbçiyə hökm oxundu | 17:34 Qonşu həyətdən meyvə yığan kişi bədbəxt hadisədə öldü | 17:23 Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edildi - Foto | 17:06 Bakıda qadın "TikTok"da canlı yayımda öldü | 17:05 ABŞ, Rusiya və Ukrayna arasında danışıqları Moskva təsdiqlədi | 17:00 "Bitcoin"in qiyməti kəskin azalıb | 16:57 Novxanıdakı "milyonluq saray"ın sahibi Bəxtiyar Dalinin ittiham olunduğu maddələr bilindi | 16:56 Ramiz Mehdiyevin qızı: "Atam verdiyi qovluğu açanda stres keçirdim" |
Mojo.az Avto
Mojo.az Avto

Ata və oğlu tərəfindən döyülən "Azəriqaz" əməkdaşı: "Deyirdi vur ölsün" - Video

03.02.2026 11:42 756
Ata və oğlu tərəfindən döyülən
Ata və oğulun evə çağıraraq döydükləri iddia olunan "Azəriqaz" əməkdaşı hadisənin təfərrüatlarını danışıb.

Median.Az
"Xəzər TV"yə istinadən xəbər verir ki, "Azəriqaz" İstehsalat Birliyinin xəsarət alan əməkdaşı Müzəffər Müzəffərov deyir ki, bu günə qədər həmin ailə ilə heç bir ədavəti olmayıb. Hadisə günü isə İntiqam Xıdırov ona zəng vuraraq, yaranan borcu aydınlaşdırmaq üçün ünvana çağırıb.

"Atası gəldi, başladı nalayiq sözlər işlətməyə. Dedim ki, mən oğlunla danışıram. Bu zaman oğlu məni qolumdan tutub qırağa çəkdi, düşündüm ki, məni atası ilə aralamağa çalışır. Məni çəkən kimi ayağıma təpik vurub yerə yıxdılar. İkisi birlikdə məni vurmağa başladılar".

Müzəffər Müzəffərov bildirib ki, ata-bala onu döydükdən sonra qan içində qoyaraq gediblər.

"Onlar yarım, yaxud bir dəqiqə məni vurdular. Atası deyirdi ki, vur ölsün. Sanki intiqam alır. Sonra çıxıb getdilər. Qonşular mənə kömək etdilər. Halım pisləşdiyi üçün 103-ə zəng etdim".

Hadisədə ittiham olunan Novruz Xıdırovun yaxınlıqda yaşayan digər oğlu Rövşən Xıdırov atası və qardaşı ilə uzun müddətdir küsülü olduğunu bildirib.

Son xəbərlər