Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi | 19:19 Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib | 19:09 Gəncədə kişini benzin tökərək diri-diri yandırdılar: Dörd nəfərə hökm oxundu | 18:58 Aslan Fətullayevin nəşinin Azərbaycana gətiriləcəyi və dəfn olunacağı vaxt açıqlandı | 18:50 Paşinyan Ərdoğanla danışıqlar aparır - Görüşdən ilk detallar | 18:41 Fransada gənc futbolçu məşqdə öldü | 18:33 Minaya düşən traktorçunun bir əli amputasiya olundu | 18:12 Prezidentin sosial media hesablarında COP31-in Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb | 18:00 Mehriban Əliyeva COP31 Liderlər Sammitindən paylaşım etdi - FOTO |
Mojo.az Avto
Mojo.az Avto

“Artıq geriyə yol yoxdur” - Arif Quliyev ürək dağlayan həyatından DANIŞDI - VİDEO

11.02.2019 19:43 7 682
“Artıq geriyə yol yoxdur” - Arif Quliyev ürək dağlayan həyatından DANIŞDI - VİDEO
ARB TV-nin "Səhər-Səhər" verilişinin növbəti qonağı xalq artisti Arif Quliyev olub.

Median.Az
xəbər verir ki, xalq artisti acınacaqlı həyat hekayəsindən danışıb:

"Mənim özümə o qədər kömək edən olub ki... Yaxşı insanlar öz işıqlarında həmişə başqalarını da işıqlandırırlar. Bakıya gəldim, yerim, yurdum, yatmağa yerim yox idi. Vağzalda bir adama 40-50 qəpik verib orda qalırdım və oradan Mədəni Maarif Texnikomuna gəlirdim ki, qəbul olunum. 3 imtahan verdim, qəbul oldum. Ordan çıxanda məni yola salan zaman dedilər ki, Arif qiymət almasan bura gəlmə. Mən də gəldim oxudum ki, fizikadan kəsilmişəm. Saat 5-dən 9-a qədər o yazı cədvəlinin qabağında dayandım. Qurudum və fikirləşirdim ki, mən nə edəcəm? Əlibayramlıdan məni internat məktəbindən gətirdilər və ora qoyub çıxıb getdilər. Mən isə qəbul olunmağa gəlmişəm.

Artıq bitdi və geriyə yol yoxdur. Orada bir kişi dedi ki, sən niyə burada dayanmısan. Dedim ki, adam gözləyirəm, gələcək. Bir də gördüm taxta pilləkənlərdən tak-tuk ayaq səsləri gəlir. Mühafizəçi gəldi dedi ki, niyə durmusan burda çıx get, müdir gəlir. Məni istədi otağa salıb bağlasın ki, müdir görməsin. Cavahir xanım Orucova. Bu aşağı düşəndə məni gördü. Soruşdu ki, bu uşaq saat 10-du burada nə gəzir? Mühafizəçi dedi ki, kimisə gözləyir. Məni yanına çağırıb dedi ki, bala, bura gəl görüm. Bu vaxta kimi bura bağlı olur çıx get. Dedim ki, imtahanın nəticələrini öyrənmək üçün gəlmişdim? amma məni kəsiblər. O isə bala get, gələn il gələrsən dedi. Dedim mənim getməyə yerim yoxdur. Soruşdu ki, valideyinlərin filan yoxdur? Dedim ki, rəhmətə gediblər mən də internatda oxuyub gəlmişəm. Dedi bəs hara gedəcəksən? Dedim mən sizə gedəcəm. Üzümə baxdı, dedi, gəl dalımca. Oturdu maşına, apardı evə. 8-ci sinifi bitirmişdim, mənim də vəsiqəm olmayıb. Elə balaca kağızda Arif yazılıb. Məni gətirdi evə, çörək verdi, yedizdirdi, çimizdirdi, paltarımı dəyişdilər. Səhər məni texnikoma gətirdi. Mənə yazını özü yazdırdı və 5 yazdı".

Son xəbərlər