Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi | 19:19 Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib | 19:09 Gəncədə kişini benzin tökərək diri-diri yandırdılar: Dörd nəfərə hökm oxundu | 18:58 Aslan Fətullayevin nəşinin Azərbaycana gətiriləcəyi və dəfn olunacağı vaxt açıqlandı | 18:50 Paşinyan Ərdoğanla danışıqlar aparır - Görüşdən ilk detallar | 18:41 Fransada gənc futbolçu məşqdə öldü | 18:33 Minaya düşən traktorçunun bir əli amputasiya olundu | 18:12 Prezidentin sosial media hesablarında COP31-in Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Xalq artisti: “Mənim yanıma heç kəs gəlmirdi” – VİDEO

05.02.2019 22:00 2 938
Xalq artisti: “Mənim yanıma heç kəs gəlmirdi” – VİDEO
Xalq artisti Arif Quliyev “ARB Günəş”in “Məktəbli ikən” layihəsinin qonağı olub.

Median.Az xəbər verir ki, aktyor öz məktəb illəri ilə bağlı maraqlı xatirələrini tamaşıçılarla bölüşüb:

“Peşəyönümlü internat məktəbində təhsil almışam. Orada sex var idi, yaxşı stol və stul düzəldə bilirdim. Dərslərimi zəyif oxuyurdum. Dram dərnəyində də üzv idim və kiçik yaşlarımdan tamaşalarda çıxış edirdim.

İnternat məktəbində ütü olmadığından şalvarımı gecə yatanda döşəyin altına qoyurdum ki, qırışmasın. Valideynləri olan uşaqların yanına gəlirdilər, biz də pəncərədən onlara baxıb həsəd aparırdıq. Bir dəfə məktəb yoldaşlarımdan biri üçün yaxınları noğul gətirmişdi. Ondan iki-üç dənə noğul istədim, vermədi. Mən də xalq artisti, müğənni Lütfiyar İmanova məktub yazdım ki, internat məktəbində oxuyuram və mənim yanıma heç kim gəlmir, sizdən mənə noğul göndərməyinizi xahiş edirəm. Bir həftədən sonra müəllimim mənə dedi ki, Lütfiyar İmanov sənə poçtla bir qutu noğul göndərib. Noğuldan bütün uşaqlara payladım, həmin uşaq mənə yaxınlaşıb üzr istədi”.

Son xəbərlər