Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Bəzi rayonlarda yağıntılı hava şəraiti müşahidə olunur - Faktiki hava

03.02.2026 11:18 597
Bəzi rayonlarda yağıntılı hava şəraiti müşahidə olunur - Faktiki hava
Fevralın 3-ü saat 10:00-a olan faktiki hava açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ölkə ərazisinin bəzi rayonlarında yağıntılı hava şəraiti müşahidə olunur.

Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) dörd, Şahbuz və Sədərəkdə üç, Kişçayda (Şəki) iki, Naxçıvan, Şərurda, Gədəbəy, Şəmkir, Balakən, Zaqatala, Şahdağ və Oğuzda bir mm-dir.

Hazırda bəzi yerlərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Kəlbəcərdə 25, Şahdağda 20, Qobustanda 18, Bakıda və Abşeron yarımadasında 15 m/s-dək güclənir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12, Naxçıvan MR-da 10, Aran rayonlarında 16, dağlıq rayonlarda 14 dərəcəyədək isti qeydə alınır.

Son xəbərlər