Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

Ermənistanda arxiyepiskop Xaçatryanın həbs müddəti uzadıldı

03.02.2026 13:30 696
Ermənistanda arxiyepiskop Xaçatryanın həbs müddəti uzadıldı
İrəvanda məhkəmə Eçmiədzin Ana Taxtı dəftərxanasının rəhbəri, arxiyepiskop Arşak Xaçatryanın həbs müddətini 2 ay uzadıb.

Median.Az
-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, qərar barədə arxiyepiskopun vəkili Arsen Babayan məlumat verib.

Vəkilin sözlərinə görə, həmçinin arxiyepiskopla görüşlər də məhdudlaşdırılıb. Babayan əlavə edib ki, hələlik məhkəmənin qərarını almayıb.

Müdafiə tərəfi qərardan apelyasiya şikayəti verməyi planlaşdırır.

Qeyd edək ki, İrəvan məhkəməsi arxiyepiskopu 5 dekabr 2025-ci ildə 2 ay müddətinə həbs edib. Xaçatryan Ermənistan Apostol Kilsəsinin nəzarətə götürülən dördüncü baş iyerarxı olub. İstintaq Komitəsi daha əvvəl bildirib ki, ittihamlar üzrə "Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qanunsuz satışı" maddəsi ilə cinayət işi başlanıb. Arxiyepiskop 2018-ci ildə Bütün Ermənilərin Katolikosu II Qareginə qarşı keçirilən etiraz aksiyasında iştirak edən fəalın çantasına narkotik maddənin qoyulmasını əmr etməkdə və onu nüfuzdan salmaq cəhdində ittiham olunur. Xaçatryan ittihamları gülünc adlandırıb.

Son xəbərlər