Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

İrəvan məhkəməsi arxiyepiskop Mikael Adjapaxyan barəsində qərar verdi

03.10.2025 18:27 516
İrəvan məhkəməsi arxiyepiskop Mikael Adjapaxyan barəsində qərar verdi
İrəvan məhkəməsi arxiyepiskop Mikael Adjapaxyanı iki il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib. O, hökumətin devrilməsinə açıq çağırışlarda ittiham olunur.

Bu barədə "Sputnik Ermənistan" "Telegram" kanalı məlumat verib.

Məlumata görə, məhkəmə zalında yığışanlar hökmə gurultu ilə reaksiya veriblər, daha sonra "Biabırçılıq!" deyə qışqırmağa başlayıblar.

Arxiyepiskop Mikael Adjapaxyan həbs hökmünü təbəssümlə qəbul edib.

Qeyd edək ki, daha əvvəl prokuror Adjapaxyanın faktiki həbsdə qaldığı vaxtın çıxılması ilə 2.5 il azadlıqdan məhrumetmə cəzasının verilməsini tələb edirdi. Din xadimi iyun ayının sonundan həbsdədir.

Son xəbərlər