Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |     17:58 Hikmət Hacıyev: Ermənistanda revanşizm hallarının artmasından narahatıq  |     17:33 Ata zarafatına görə pivə bakalını dostunun başında sındırdı  |     17:24 Saatlıda qaz olmayacaq  |     17:18 Baş Prokurorluqdan WhatsApp istifadəçilərinə XƏBƏRDARLIQ  |     17:15 Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü  |     17:06 Erməni nazir Şəkidəki hadisənin detallarını açıqladı: Nəsimi Musayev necə saxlanıldı?  |     16:43 Naxçıvanda qayaları üyüdüb duz adı ilə satırlar? - Rəsmi cavab  |     16:28 Bakıda yeddi avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda yaşayış kompleksində dava: Cəmiyyət sədri mülkiyyətçini döydü

03.02.2026 12:30 441
Bakıda yaşayış kompleksində dava: Cəmiyyət sədri mülkiyyətçini döydü
Bakıda yaşayış kompleksində dava baş verib.

Hadisə Binəqədi rayonunun 7-ci mikrorayonunda, S.S.Axundov küçəsində yerləşən "Union Park" yaşayış kompleksində qeydə alınıb.

Yaşayış kompleksində Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMÇ) yaradılıb və Vasif Məmmədov (soyadı şərtidir - red.) cəmiyyətin sədri seçilib. Binanın saxlanma xərclərinin ödənilməsi məqsədilə mənzil sahiblərindən vəsait toplanmağa başlanılıb. Bu məqsədlə Vasif Məmmədov "WhatsApp"da qrup yaradaraq bina sakinlərini ora əlavə edib.

Mülkiyyətçilərin əksəriyyəti tələb olunan məbləği ödəsələr də, sakinlərdən Anar Mirzəmmədov vəsaiti ödəməkdən imtina edib və qrupda təhqiramiz mesajlar yazıb. Digər sakinlərin təkidi ilə Vasif Məmmədov qrupdan çıxarılıb.

Axşam saatlarında Anar Mirzəmmədov binanın həyətində Vasif Məmmədovu yanına çağıraraq onu yenidən təhqir etməyə başlayıb. Nəticədə tərəflər arasında mübahisə yaranıb və dava düşüb. Hadisə zamanı Anar Mirzəmmədov döyülüb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar və Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin sədri saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb və materiallar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Vasif Məmmədova "Konstitusiya və Suverenlik ili" ilə əlaqədar imzalanmış amnistiya aktı tətbiq edilib və o, cinayət məsuliyyətindən azad olunub.
//oxu.az

Son xəbərlər