Mojo.az Banner
16:08 Meyvə şirəsi adı ilə satdıqları məhsullarda - Rəngləyici aşkarlandı (FOTO)  |     16:06 Sabiq icra başcısının oğlunun iki milyon manatı yoxa çıxıb: Əlbir olub Türkiyəyə qaçırtdılar  |     16:03 “Qoyun-quzunu limuzində daşımalıdırlar?!” - Rəsmi cavab  |     15:44 Gürcüstanı Azərbaycanla birləşdirən yeni dördzolaqlı YOL ÇƏKİLƏCƏK  |     15:20 Sahibkar olmaq, yoxsa investor? Gənclər hansı yolu seçməlidir?  |     15:04 "Freelancer"lər üçün yeni qaydalar: Vergi artırılır, yoxsa güzəşt edilir?  |     14:57 ABŞ ordusu İranı Rusiya və Çinlə bağlayan tranzit körpünü BOMBALADI  |     13:16 Mərakeş millisinin ən məhsuldar oyunçusu Fransaya qarşı oynamayacaq  |     13:14 Paşinyan: Azərbaycanla anklav və eksklav məsələsinin həlli üçün iki variant var  |     13:13 Polis Sabunçuda narkokuryerlərə qarşı əməliyyat keçirdi, 48 kiloqram narkotik aşkarlandı - Video  |     12:50 Neymar yaşıl meydanlarla vidalaşmağa hazırlaşır  |     12:27 Ermənistanda müxalifət partiyasının üzvü saxlanıldı  |     12:10 "Zəngəzur" neft tankeri Britaniyanın sanksiyalar siyahısından çıxarıldı - FOTO  |     11:46 Qonşunun razılığı olmadan dəhlizə kamera qoymaq qanunidirmi? - ALİ MƏHKƏMƏDƏN SON QƏRAR  |     11:30 Azərbaycan nefti 7 dollara yaxın BAHALAŞDI  |     11:24 Azərbaycan UEFA əmsallar cədvəlində İLK PİLLƏYƏ YÜKSƏLDİ - FOTO  |     11:06 Qubada keçmiş məhkum həyətində öldü  |     23:01 Lifti və qaz xətti olmayan bina: Sumqayıtda vətəndaşlar təhlükə ilə üz-üzə - VİDEO  |     22:50 Samuxda ağır qəza: Ölənlər var  |     22:32 Rəşad Sadıqovdan etiraf: "Onlar bizdən daha hazırlıqlı idilər"  |    
Left Banner
Right Banner

İxrac coğrafiyamızda əsas yeri Türkiyə və Pakistan tutacaq

28.01.2021 14:11 2 361
İxrac coğrafiyamızda əsas yeri Türkiyə və Pakistan tutacaq
“Made in Azerbaijan” brendinin ixrac bazarlarında tanıdılmasına fokuslandığımız müəyyən ölkələr mövcuddur. Bura ənənəvi bazarlardan Rusiya Federasiyası, Orta Asiya, eyni zamanda Asiya bazarları, Uzaq Şərqdə Çin, Cənubi Koreya, İndoneziya, Vyetnam, Yaponiya kimi bazarlar aiddir”.

Bu haqda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Yusif Abdullayev məlumat verib.

O bildirib ki, Avropaya gəldikdə isə daha çox Almaniya, Polşa, İngiltərə və paralel olaraq ABŞ istiqamətində ixracı genişləndirməyi planlaşdırırıq. Eləcə də, Preferensial Ticarət Sazişinin icraat mərhələsində Türkiyə Respublikasına da ixracın artırılması gözlənilir. Həmçinin Pakistan da yeni ixrac coğrafiyamızda əsas yeri tutacaq.

Y.Abdullayev əlavə edib ki, milli ixrac strategiyamıza görə 2021-2025-i illər ərzində ölkənin ixrac dəyərinin 2020-ci ilə nəzərən maksimuma çatdırılması planlaşdırılır. Onun sözlərinə görə, strategiyanın bir hissəsi kimi İxrac Akademiyası layihəsi hazırlanıb. Bu layihə ilə ixracatçılar və onların əməkdaşları akademiyaya müraciət edərək kurs keçib öz biliklərini daha da artıra biləcəklər. Layihəyə aprel ayında start verilməsi gözlənilir.

Fondun prezidenti qeyd edib ki, növbəti dövrdə xarici ölkələrdə ticarət evlərinin açılması istiqamətində yeni konsepsiya əsasında işlər görüləcək və bu ticarət evləri ilkin mərhələdə məhsullarımızın tanıdılması üçün platforma olacaq. Yaxın dövrdə isə Yaponiya və Pakistanda ticarət evlərinin açılması planlaşdırılır.скачать dle 11.3
Mojo.az Banner