Mojo.az Banner
18:31 Dostunun canlı yayımında qeyri-etik ifadələr işlədən şəxs həbs olundu  |     18:27 Naməlum şəxslər futbol matçı zamanı atəş açdı - 11 nəfər öldü  |     18:23 Azərbaycan beynəlxalq axtarışda olan şəxsləri Moldova və Çinə təhvil verib  |     18:16 Paytaxtda sıxlıq olan küçələr var  |     18:14 Övladlarını məsuliyyətdən azad etmək istədi, 20 min ziyana düşdü  |     17:58 Malayziyada vəfat edən ANAMA əməkdaşının nəşi ölkəmizə gətiriləcək  |     17:27 Tanınmış idmançı məhkəmə qərarını icra etmədi, 500 manat cərimə olundu  |     17:16 Həbsdə olan sabiq diplomata Amnistiya aktı tətbiq olundu  |     17:15 AFFA rəsmisi UEFA-dan təyinat alıb  |     16:56 İlham Əliyev elektron siqaretlərlə bağlı QADAĞANI TƏSDİQLƏDİ  |     16:11 Bakıda avtobus sürücüsü küçədə döyüldü  |     15:26 General-mayor Novruzəli Orucovun oğlu keçmiş sevgilisini təhdid edir - İDDİA  |     15:24 Azərbaycanda Nipah virusuna yoluxma halları var? - RƏSMİ  |     15:19 Yekaterinburqda Azərbaycan diasporunun keçmiş rəhbərinin məhkəməsi başlayıb  |     15:10 Bakıda soyğunçuluq edənlər tutuldu - Video  |     14:53 Bakıda qardaşı oğlunu qətlə yetirən şəxsin məhkəməsi başlayıb  |     14:41 "Liverpul" - "Qarabağ" oyununun hakim təyinatları AÇIQLANDI  |     14:30 Salyanda iki yeniyetmə qıza əxlaqsızlıq edən şəxsə hökm oxundu  |     14:23 Sumqayıtın bəzi ərazilərində müvəqqəti fasilə olacaq  |     14:15 Ceyhun Bayramovla Gideon Saar arasında geniştərkibli görüş keçirilib  |    
Left Banner
Right Banner

Baş infeksionist vaksinasiyadan danışdı

14.01.2021 12:33 1 878
Baş infeksionist vaksinasiyadan danışdı
Dünyada, o cümlədən Azərbaycanda da koronavirusla mübarizə davam edir. Son aylar ölkəmizdə virusa yoluxma artsa da, görülən karantin tədbirləri infeksiyanın yayılmasının qarşısını almaqdadır. Ölkədə vaksinasiya tədbirləri həyata keçirildikdən sonra isə yoluxmaların sayında ciddi azalma baş verəcək.

Trend-in məlumatına görə, bunu baş infeksionist Təyyar Eyvazov bildirib.

Onun sözlərinə görə, xəstəlikdən sağalan insanların immuniteti də bu işdə rol oynayır:

“Bir tərəfdən insanların xəstələnərək immunitet əldə etməsi, digər tərəfdən vaksinasiya olunaraq süni immunitet qazanması, sonda kollektiv immunitetin formalaşmasına gətirib çıxaracaq. Bu da öz növbəsində xəstələnənlərin sayında xeyli azalmaya səbəb olacaq”.

Baş infeksionist qeyd edib ki, bu proseslərdən sonra virus tam aradan qalxmasa da, bugünkü kimi qlobal səviyyədə xəstələnmələr baş verməyəcək:

“Bundan sonra infeksiya idarə olunacaq səviyyədə olacaq”.скачать dle 11.3