Mojo.az Banner
13:05 Məşhur stadion baxımsız vəziyyətdə - Meydançanı kol-kos basıb (VİDEO)  |     13:00 Azərbaycanda donuzlarla bağlı monitorinqlər keçiriləcək  |     12:53 Avqustun 13-dən sonra toy edəcəklərin nəzərinə  |     12:45 Abşeronda yanacaqdoldurma məntəqəsinin ərazisində YANĞIN  |     12:39 Dənizə getməzdən əvvəl oxuyun - 10 vacib qayda  |     12:31 Səhv müdaxilə Azərbaycanda futbolçunun karyerasını bitirdi - VİDEO  |     12:25 Şəmkirdə iki yük avtomobili TOQQUŞUB - XƏSARƏT ALAN VAR  |     12:12 Astaranın iki kəndində qaz kəsiləcək  |     12:07 "Sabah"ın Çempionlar Liqasındakı oyunu hansı kanalda yayımlanacaq?  |     11:59 Azərbaycan nefti yenə KƏSKİN UCUZLAŞDI  |     11:54 Netanyahu: "HƏMAS tərk-silah edilmədən Qəzzadan geri çəkilməyəcəyik"  |     11:45 Qayınatasını yumruqla vuraraq öldürən şəxsə hökm oxundu  |     11:40 Çində 18-ci mərtəbədən yıxılan 20 yaşlı qız sağ qalıb  |     11:34 Yay mövsümündə avtomobil sürdükdən sonra niyə radiatoru təmizləmək vacibdir? - Mütəxəssisdən açıqlama  |     11:20 İndoneziya sahillərində güclü zəlzələ baş verib  |     11:15 Britaniya həbsxanalarında yer çatışmır: Məhbuslar vaxtından əvvəl azadlığa buraxılırlar  |     11:07 Prodüser reper Kanye Uesti məhkəməyə verdi  |     11:01 Bakının bu ərazilərində işıq olmayacaq  |     11:00 38 yaşlı kişi sevgilisinin evinə gəldi, qızına təcavüz etdi - Saatlıdakı cinayətin TƏFƏRRÜATI  |     23:00 Çox qəhvə içmək risklidir: ürək döyüntüsü, təzyiq...  |    
Left Banner
Right Banner

Azərbaycanda Nipah virusuna yoluxma halları var? - RƏSMİ

26.01.2026 15:24 414
Azərbaycanda Nipah virusuna yoluxma halları var? - RƏSMİ
Son vaxtlar Hindistanda epidemiya potensialına malik, peyvəndi və ya müalicəsi olmayan Nipah virusu yayılmaqdadır. Virusa görə ölkədə onlarla şəxs karantinə alınıb. Virus səbəbindən ölümlərin olduğu da bildirilib.

Median.Az
oxu.az-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyindən ölkəmizdə hazırda Nipah virusu ilə bağlı hər hansı yoluxma halı qeydə alınmadığı bildirilib.

Qeyd olunub ki, virus ölkəmiz üçün endemik hesab edilmir və mövcud epidemioloji vəziyyətə əsasən, əhaliyə real təhlükə mövcud deyil. Daxili yayılma riski aşağı qiymətləndirilir və proses Səhiyyə Nazirliyi tərəfindən daim nəzarətdə saxlanılır.

"Nipah virusu paramyxoviridae ailəsinə aid zoonoz mənşəli (heyvandan insana keçən), xüsusi təhlükəli yoluxucu xəstəlik törədicisidir. İnsanlara, əsasən, yarasalar tərəfindən çirkləndirilmiş meyvə və meyvə şirələrinin qəbulu, yoluxmuş heyvanlarla (xüsusilə donuzlarla) təmas, eləcə də nadir hallarda xəstə insandan hava-damcı yolu ilə keçə bilər.

Xəstəliyin inkubasiya dövrü, adətən, 5-14 gün təşkil etsə də, bəzi hallarda 45 günə qədər uzana bilər. Kliniki əlamətlərə yüksək hərarət, baş, əzələ boğaz ağrısı, şüurun pozulması, ensefalit, qıcolmalar və ağır hallarda koma daxildir. Hazırda xəstəliyə qarşı spesifik müalicə və peyvənd mövcud deyil, müalicə, əsasən, simptomatik xarakter daşıyır.

Azərbaycanda epidemioloji risk səviyyəsi aşağıdır və xəstəlik yalnız kənardan gətirilmə yolu ilə mümkün ola bilər. Virusun insandan-insana asan ötürülməməsi səbəbindən geniş yayılma ehtimalı minimaldır.

Səhiyyə Nazirliyi tərəfindən vəziyyət daim izlənilir. Xüsusilə sərhəd-keçid məntəqələrində sanitar-epidemioloji nəzarət gücləndirilib. Şübhəli hallar aşkar olunduğu təqdirdə Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin 2 və 3-cü bioloji təhlükəsizlik səviyyəli laboratoriyalarında müvafiq müayinələrin aparılması mümkündür.

Eyni zamanda, Ümumdünya Səhiyyə Təşkilatının və digər beynəlxalq qurumların məlumatları mütəmadi əsasda izlənilir.

Profilaktik məqsədlə yarasalar tərəfindən çirkləndirilə biləcək meyvələrin yuyulmadan yeyilməməsi, pasterizə olunmamış meyvə şirələrinin qəbulundan çəkinilməsi, xəstə şəxslərlə təmas zamanı fərdi qoruyucu vasitələrdən istifadə edilməsi tövsiyə olunur.

Hazırkı mərhələdə əhali üçün əlavə xüsusi məhdudiyyətlərə ehtiyac yoxdur. Ümumi sanitariya-gigiyenik qaydalara riayət edilməsi kifayətdir. Endemik ərazilərdən qayıdan şəxslərin öz sağlamlıqlarını müşahidə etməsi və hər hansı şübhəli simptomlar yaranarsa vaxtında həkimə müraciət etməsi tövsiyə olunur.

Hazırda xəstəlik epidemioloji baxımdan nəzarət altındadır və təşviş üçün əsas yoxdur", - məlumatda deyilir.скачать dle 11.3
Mojo.az Banner