Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:30 Nağdsız ödənişlərlə bağlı AÇIQLAMA  |     19:16 Azərbaycan XİN İspaniyaya başsağlığı verib  |     19:00 "Qarabağ"ın U-19 komandası "Dinamo"ya uduzub Futbol  |     18:56 VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib  |     18:53 Leyla Əliyeva və Arzu Əliyeva "Cənnətin ariyası" adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər - Foto  |     18:34 İrana qaz Azərbaycandan keçəcək? - Rusiya danışıqların təfərrüatını açıqladı  |     18:22 Astroloqdan 3 günlük xəbərdarlıq: Köhnə sirrlər açılacaq, mübahisələr alovlanacaq  |     18:07 Sabiq bankirin oğlunun məhkəmə işi: "Səsyazısı var, 300 min dollarımı ələ keçirib"  |     17:53 Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzalayıb  |     17:43 AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb  |     17:23 Yaxın qohumların dələduzluq əməlləri: Dəyən ziyan 5 milyon manata çatdı  |     17:19 Bakıda idarə rəisi vəzifəsindən azad edildi  |     17:06 İspaniyada iki sürət qatarı toqquşdu: 39 nəfər öldü  |     16:49 Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı  |     16:47 Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı  |     16:45 Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv edildi  |     16:39 Borca görə hansı əmlaklara həbs qoyula bilər? – AÇIQLAMA  |     16:27 Prezidentdən daşınmaz əmlakın reyestri sistemi ilə bağlı fərman  |     16:09 Ramiz Mehdiyev AMEA-dan qovuldu  |     15:16 İranda şəhər başçısı güllələndi  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan beynəlxalq axtarışda olan şəxsləri Moldova və Çinə təhvil verib

26.01.2026 18:23 567
Azərbaycan beynəlxalq axtarışda olan şəxsləri Moldova və Çinə təhvil verib
Azərbaycan beynəlxalq axtarışda olan şəxsləri Moldova və Çinə təhvil verib.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Qeyd olunub ki, Moldovanın səlahiyyətli orqanları tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqda təqsirləndirilərək beynəlxalq axtarışa elan edilmiş 1991-ci il təvəllüdlü Özbəkistan vətəndaşı Firuz Farxodoviç Rustamov və Çinin səlahiyyətli orqanları tərəfindən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda təqsirləndirilərək beynəlxalq axtarışa elan edilmiş 1974-cü il təvəllüdlü Çin vətəndaşı Xu Penqçenq 2025-ci il ərzində ölkəmizdə müəyyən edilərək barələrində həbs qətimkan tədbiri seçilib.

"Qeyd olunan şəxslərin verilməsinə dair həmin ölkələrin səlahiyyətli orqanlarının vəsatətləri baxılması üçün Baş Prokurorluq tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. "Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasına və "Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında təslim etmə haqqında" müqaviləyə uyğun olaraq şəxslərin barəsində qərarlar qəbul edilərək, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Moldova və Çinin səlahiyyətli orqanlarına təhvil veriliblər", - məlumatda deyilir.

Son xəbərlər