Mojo.az Banner
22:58 Cəlilabadda bir neçə yaşayış məntəqəsi qazsız qalıb  |     22:51 Tbilisi qatarının ilk sərnişinləri arasında Cavid Qurbanov da var - FOTO  |     22:41 Həştərxan vilayətinin qubernatoru Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi  |     22:34 Qanunsuz heyvan kəsimi və satışına yol verilməyəcək - XƏBƏRDARLIQ - VİDEO  |     22:28 Zibil kimi atdığımız bu əşyalar əslində bizə pul qazandıra bilər — AÇIQLAMA  |     22:20 İranın yeni şərti ortaya çıxdı: ABŞ ilə razılaşma üçün Pekin zəmanəti  |     21:53 May ayından sonra... həyatı heç vaxt əvvəlki kimi olmayacaq BÜRCLƏR  |     21:45 Ayıların ailəlikcə toy mərasiminə qatılması viral oldu  |     21:35 Türkiyənin pilotsuz avtobusu İsveçdə ilk iş günündə qəzaya düşdü  |     21:25 İmişlidə ağır qəza - ölənlər və yaralananlar var - YENİLƏNİB  |     21:10 Bəzi şəxslərə pulsuz mənzillər veriləcək  |     21:01 Kamran Əsədov ifadə verdi - Aldığı pulların hamısını...  |     20:52 Babək Niftəliyevə vəzifə verildi  |     20:45 Putin yeni qanun imzaladı: Rusiyalıların müdafiəsi üçün ordu göndərilə bilər  |     20:38 Şəkidə iki gün əvvəl düzəldilən körpünü yenə sel apardı - VİDEO  |     20:30 Süni intellektə sağlamlıq məsələlərində etibar etmək olarmı? – Araşdırma  |     20:22 Damarı tapılmadığı üçün edam ləğv edildi  |     20:15 Azərbaycanda yeni universitet yaradılacaq  |     20:08 Putindən Azərbaycanla bağlı maraqlı sözlər  |     19:59 Çiyələk bu hallarda ölümcül ola bilər - Diqqətli olun  |    
Left Banner
Right Banner

Həbsdə olan sabiq diplomata Amnistiya aktı tətbiq olundu

26.01.2026 17:16 525
Həbsdə olan sabiq diplomata Amnistiya aktı tətbiq olundu
Bakı Apellyasiya Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən sabiq diplomat Ramiz Vəliyevin barəsində olan hökmün dəyişdirilməsi ilə bağlı proses keçirilib.

Oxu.az-ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. R.Vəliyevə Amnistiya aktı tətbiq edilib və onun cəzası 5 ildən 4 il 6 aya endirilib.

İttihama görə, Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfirliyində müşavir olmuş sabiq diplomat Ramiz Vəliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham irəli sürülüb.

Nəsimi Rayon Məhkəməsinin hökmü ilə o, 5 il azadlıqdan məhrum edilib.скачать dle 11.3
Mojo.az Banner