Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Cəlilabadın sabiq bələdiyyə sədrinin cəzası ağırlaşdırılıb

29.07.2025 14:14 828
Cəlilabadın sabiq bələdiyyə sədrinin cəzası ağırlaşdırılıb
Cəlilabadın sabiq baş memarı Sahil Qəmbərli və sabiq bələdiyyə sədri Mehdi Kərimovun cinayət işi üzrə verilmiş apellyasiya şikayəti və protesti əsasında keçirilən məhkəmə prosesi baş çatıb.

Median.Az
"Report"a istinadən xəbər verir ki, Şirvan Apellyasiya Məhkəməsində hakim Yaşar Həşimovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

Qərara əsasən, təqsirləndirilən şəxslərin verdikləri apellyasiya şikayətləri təmin edilməyib. Dövlət ittihamçısının sabiq bələdiyyə sədri Mehdi Kərimov barəsində verdiyi apellyasiya protesti isə təmin edilib.

Belə ki, onun barəsində birinci instansiya məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 62-ci maddəsinin (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) tətbiq edilməsinə dair müddəalar çıxarılıb.

Yeni hökmlə Mehdi Kərimova 8 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

Qeyd edək ki, sözügedən şəxslər 2023-cü ildə Baş Prokuror yanında Korrupsiya Qarşı Mübarizə Baş İdarəsinin Cəlilabad Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Qənbərli 8 il və M.Kərimov isə 6 il müddətinə azadlıqdan məhrum edilmişdilər.

Onlar Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvətalma) maddələri ilə təqsirli bilinirlər.

Son xəbərlər