Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:36 Binədə törədilən qətllə bağlı ailənin azyaşlı övladı: "Atam dedi ki, əgər burada qalmasanız, sizin üçün yaxşı olmayacaq" | 13:26 Universitet və kolleclərdə vahid geyim forması tətbiq olunacaq? | 13:09 Çimnaz Sultanovanın əsl ölüm səbəbi ilə bağlı yeni iddia | 13:06 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi - Video | 13:01 Geyim qaydalarına əməl etməyən şagirdlərə attestat verilməyəcək? - Rəsmi açıqlama | 12:57 Azərbaycanda reabilitasiya mərkəzlərindən biri ləğv olunur | 12:53 İstilik mövsümünə daha tez başlanılan rayonların sayı xeyli artırıldı - Siyahı (Yenilənib) | 12:38 Koronavirus yenidən baş qaldırır: Azərbaycana təhlükə varmı? | 12:32 200 min manatlıq rüşvətə görə həbs edilən vəzifəli şəxslərdən xəbər var | 12:22 Müəllim olmaq istəyənlərin nəzərinə: Vakansiyalar elan edilir | 12:20 Oğuzda meşədən yanmış kişi meyiti tapıldı | 12:19 25 gün meteor yağışı olacaq | 12:09 İşdən çıxarılan şəxslərə kredit borcları ilə bağlı şad xəbər | 11:44 Novxanı-Pirşağı yolunda qəza: 5 nəfər xəsarət aldı | 11:40 Antonelli tarixdə ən gənc "Formula-1" çempionu oldu | 11:34 Bakı Dövlət Universitetinin dosenti vəfat etdi | 11:25 "Binance" istifadəçiləri vəsaitlərini kütləvi şəkildə çıxarırlar | 11:20 İsmayıllıda oğul söyüş söyən atasını öldürdü - Təfərrüat | 11:16 Bakıda evlər sökülür: Ağaclar, zirzəmi, hasarlara da pul verilir | 23:01 Sabah meteohəssas insanlar üçün hava necə olacaq? |
Mojo.az Avto
Mojo.az Avto

İnsan alverində təqsirləndirilən şəxs həbsxanada ölüb

28.07.2025 12:38 645
İnsan alverində təqsirləndirilən şəxs həbsxanada ölüb
Şirvan Apellyasiya Məhkəməsində insan alverində təqsirləndirilən N.N.-in barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Median.Az
Pravda.az-a istinadla xəbər verir ki, hakim Yaşar Həşimovun sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 4 dekabr 2024-cü il tarixli hökmünün ləğv edilməsini istəyib.

Eyni zamanda müdafiəçi Cinayət Məcəlləsinin 144-1.2.1-ci (insan alveri), 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri üzrə təqsiri sübuta yetirilmədiyinə görə, S.S.-in barəsində bəraət hökmü çıxarılmasını xahiş edib. Həmçinin zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək, təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın ağırlaşdırılmasını xahiş edib.

Dövlət ittihamçısı apellyasiya protestində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmündən CM-in 62-ci maddəsinin tətbiq olunmasına dair müddəalar hökmdən xaric edilməklə təqsirləndirilən şəxs barəsində təqsirli bilindiyi maddələrin sanksiya həddində, eləcə də cinayətlərin məcmusu üzrə cinayət və cinayət prosessual qanunvericiliyin müddəalarına uyğun cəza təyin edilməklə dəyişdirilməsini xahiş edib.

Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru dövlət ittihamçısı isə məhkəmə baxışı iclasında apellyasiya protestinə dəyişiklik edərək, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməklə cinayət təqibinə xitam verilməsini xahiş edib. Dəyişdirilmiş apellyasiya protesti onunla əsaslandırılıb ki, Şirvan Apellyasiya Məhkəməsində işə baxılarkən təqsirləndirilən şəxsin öldüyü müəyyən edilib.

Qərara əsasən, apellyasiya şikayətləri təmin edilməyib, dövlət ittihamçısı tərəfindən edilmiş dəyişiklik təmin olunub. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü həmin apellyasiya protestinə əsasən ləğv edilib. Təqsirləndirilən şəxs vəfat etdiyinə görə onun barəsində CM-in 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə başlanmış cinayət təqibinə xitam verilib.

İttihama görə, S.S. 2016-2020-ci illərdə azərbaycanlı 15 qadını İranın Tehran şəhərinə dəvət edib. Təqsirləndirilən şəxs onları qarşılayıb öncədən tutduğu mənzilə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə pasportu götürüb saxlamaqla istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edib, onları cinsi istismar etməklə insan alveri cinayətini törədib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər