Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:10 Qubada avtomobil dərəyə aşdı | 19:03 Kambocada avtobus gölə düşdü- Beş məktəbli öldü | 18:57 Hərbi xidmətdən yayınmaq üçün dediyi sözlər başına bəla oldu | 18:48 Paşinyan Parisdə Makronla görüşüb | 18:28 Heydər Əliyev Fondu COP31 çərçivəsində geniş pavilyonla təmsil olunur - Foto | 18:19 Azərbaycanda ət ucuzlaşa, bəzi məhsullar isə bahalaşa bilər | 18:02 Bu dərmanlar görmə itkisinə səbəb ola bilər | 17:54 Bərdədə 40 yaşlı kişi evində ölü tapıldı | 17:47 Azərbaycanla oyundan əvvəl Lixtenşteyn millisinin kapitanı sıradan çıxdı | 17:36 Etibarnamə ilə maşın aldı, amma sürə bilmədi: Oğurluq iddiası - VİDEO | 17:21 Rafael Fiziyevin UFC-də növbəti rəqibi bəlli olur | 17:13 2027-ci ildə inflyasiya əhalinin alıcılıq qabiliyyətini azalda bilər – İQTİSADÇIDAN AÇIQLAMA | 16:51 Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir | 16:47 Toya qonaq kimi girdi, 4 telefonu götürüb qaçdı - Şadlıq sarayında ŞOK OĞURLUQ | 16:25 Avropa İttifaqı Ukraynada hərbi mövcudluğuna dair qərar verdi | 16:22 Bakıda qaraj tapmaq da bahalaşır: Qiymətlər niyə artır? | 16:19 Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur | 15:02 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq | 14:39 İrəvanda İran təxribatı: Azərbaycanın tarixi məscidinə erməni şairin adı verildi | 14:34 Sumqayıtda gənc bıçaqlandı: 50 yaşlı kişi saxlanıldı |
Mojo.az Avto
Mojo.az Avto

Qadınları İran və Bəhreynə aparan şəxslə bağlı QƏRAR

20.09.2024 13:01 1 107
Qadınları İran və Bəhreynə aparan şəxslə bağlı QƏRAR
Bakı Apellyasiya Məhkəməsində insan alverində təqsirləndirilən Sevda Bayramovanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Fərid Əyyubovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Sevda Bayramovanın şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sevda Bayramova 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, 2018-ci ildə qadınları tamah niyyəti və aldatma yolu ilə istismar məqsədilə dövlət sərhədindən keçirərək İran və Bəhreynə aparan Sevda Bayramovanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci (insan alveri) maddələri ilə ittiham irəli sürülüb.

Onun əlindən çətinliklə çıxan qadınlar Bakıya qayıtdıqdan sonra Sevdanın barəsində şikayət ediblər. Zərərçəkmiş qadınlar zorla fahişəliyə cəlb edildiklərinə görə psixoloji sarsıntı keçirdiklərini qeyd ediblər.

Son xəbərlər