Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:05 Cinayətkar birlik yaratmaqda təqsirləndirilən hərbçiyə hökm oxundu | 17:34 Qonşu həyətdən meyvə yığan kişi bədbəxt hadisədə öldü | 17:23 Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edildi - Foto | 17:06 Bakıda qadın "TikTok"da canlı yayımda öldü | 17:05 ABŞ, Rusiya və Ukrayna arasında danışıqları Moskva təsdiqlədi | 17:00 "Bitcoin"in qiyməti kəskin azalıb | 16:57 Novxanıdakı "milyonluq saray"ın sahibi Bəxtiyar Dalinin ittiham olunduğu maddələr bilindi | 16:56 Ramiz Mehdiyevin qızı: "Atam verdiyi qovluğu açanda stres keçirdim" | 16:53 Naxçıvanla bağlı yeni qərar: Kimlər aerportlarda VIP-dən istifadə edəcəklər? | 16:52 Prezidentdən Dövlət Ehtiyatları Agentliyi ilə bağlı fərman | 16:26 İlham Əliyev Səbuhi Sadıqova yüksək vəzifə verdi | 16:03 Şəmkirdə 13 il əvvəl qadının qətlinə görə tutulan şəxsdən xəbər var | 15:50 Səbinə Əliyeva yenidən Ombudsman seçildi (Yenilənib) | 15:45 Qış yaxınlaşdıqca soğan qiyməti bu qədər artacaq – AÇIQLAMA | 15:33 Lukaşenko: "Ukraynadakı müharibə yaxın aylarda bitəcək, hər kəs yorulub" | 14:34 Polis daha bir tiktokeri həbs etdi | 14:27 Vüqar Bayramov: "Bütün keçmiş məcburi köçkünlərə ev təklif ediləcək" | 14:07 İlham Əliyev panamalı həmkarına məktub göndərdi | 13:57 Azərbaycan Prezidenti Keniyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib - Video | 13:56 "Qarabağ" 11 illik fasilədən sonra ardıcıl üç oyunda xal itirib |
Mojo.az Avto
Mojo.az Avto

Məhkəmə insan alveri ilə məşğul olan qadınla bağlı qərarı açıqladı

16.04.2025 15:39 816
Məhkəmə insan alveri ilə məşğul olan qadınla bağlı qərarı açıqladı
Ali Məhkəmədə insan alverində təqsirləndirilən Gülsevər Qurbanovanın barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Median.Az
Pravda.az-a istinadən xəbər verir ki, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, Gülsevər Aslan qızı Qurbanovanın qadınları tamah niyyəti və aldatma yolu ilə istismar məqsədilə dövlət sərhədindən keçirərək, onların pasportlarını götürüb saxlamaqla insan alveri cinayəti törətdiyi məlum olub. Buna görə də, o, İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Baş İdarədə araşdırma aparılıb.

İstismar faktı ilə əlaqədar Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə cinayət işi başlanılıb. İşin halları ətraflı araşdırıldıqdan sonra baxılması üçün Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Qurbanova 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

Son xəbərlər