Mojo.az Banner
19:53 65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir - Video  |     19:48 Magistraturaya qəbul planı artan və azalan universitetlər (SİYAHI)  |     19:40 Yay tətilində uşaqları gözləyən gizli təhlükə  |     19:34 Gürcüstanda zəlzələ oldu  |     19:25 Putin Tokayevlə görüşdü  |     19:20 Polis axtarışda olan 106 nəfəri tutdu  |     19:12 Sabah çimərliklərdə suyun temperaturu 30 dərəcə olacaq  |     19:05 "Qarabağ" ÇSKA oyununun biletləri satışa çıxarılır  |     18:53 Yəməndə husi qüvvələrinə hava zərbələri endirilib: Ölənlər var  |     18:39 Suriyada dəhşətli avtobus qəzası: Çox sayda ÖLƏN VƏ YARALILAR VAR  |     18:34 Problemli aktivlərin geri qaytarılmasında əsas maneələr açıqlandı  |     18:15 Hökməlidə avtoyuma məntəqəsində avtomobil yanıb  |     17:51 Bakı və Abşeronda bir neçə ünvanda işığın verilişində fasilə yaranıb - ŞİKAYƏT  |     17:25 "ChatGPT"nin fəaliyyətində nasazlıq yarandı  |     17:23 Azərbaycanda qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi artırılacaq?  |     17:18 Gürcüstanda enerji böhranı: Bakı-Tbilisi qatarı da yolda qaldı  |     17:07 "Real Madrid"in əsas transfer hədəfi bəlli oldu  |     16:26 "Space" TV ilə bağlı qarşılıqlı bəyanatlar: Bank hesablarına həbs qoyulması nədən qaynaqlanır?  |     16:20 Bakıda daxili iməcilik keçirilib  |     16:12 Ermənistan ilə Rusiya arasında PENDİR BÖHRANI  |    
Left Banner
Right Banner

Azərbaycanlı qadınları Türkiyəyə aparan şəxslə bağlı məhkəmə qərarı açıqlandı

01.02.2024 11:48 1 722
Azərbaycanlı qadınları Türkiyəyə aparan şəxslə bağlı məhkəmə qərarı açıqlandı
Ali Məhkəmədə insan alverində təqsirləndirilən Gülnarə Məhərrəmovanın barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Məhərrəmova 8 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşı olan qadınların etibarından sui-istifadə edərək Türkiyə Respublikasının Balıkesir şəhərinə aparıb orada cinsi istismara məruz qoymaqda şübhəli bilinən Gülnarə Məhərrəmova tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci (insan alveri) maddələri ilə təqsirli bilinib.скачать dle 11.3
Mojo.az Banner