Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:57 Hərbi xidmətdən yayınmaq üçün dediyi sözlər başına bəla oldu | 18:48 Paşinyan Parisdə Makronla görüşüb | 18:28 Heydər Əliyev Fondu COP31 çərçivəsində geniş pavilyonla təmsil olunur - Foto | 18:19 Azərbaycanda ət ucuzlaşa, bəzi məhsullar isə bahalaşa bilər | 18:02 Bu dərmanlar görmə itkisinə səbəb ola bilər | 17:54 Bərdədə 40 yaşlı kişi evində ölü tapıldı | 17:47 Azərbaycanla oyundan əvvəl Lixtenşteyn millisinin kapitanı sıradan çıxdı | 17:36 Etibarnamə ilə maşın aldı, amma sürə bilmədi: Oğurluq iddiası - VİDEO | 17:21 Rafael Fiziyevin UFC-də növbəti rəqibi bəlli olur | 17:13 2027-ci ildə inflyasiya əhalinin alıcılıq qabiliyyətini azalda bilər – İQTİSADÇIDAN AÇIQLAMA | 16:51 Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir | 16:47 Toya qonaq kimi girdi, 4 telefonu götürüb qaçdı - Şadlıq sarayında ŞOK OĞURLUQ | 16:25 Avropa İttifaqı Ukraynada hərbi mövcudluğuna dair qərar verdi | 16:22 Bakıda qaraj tapmaq da bahalaşır: Qiymətlər niyə artır? | 16:19 Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur | 15:02 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq | 14:39 İrəvanda İran təxribatı: Azərbaycanın tarixi məscidinə erməni şairin adı verildi | 14:34 Sumqayıtda gənc bıçaqlandı: 50 yaşlı kişi saxlanıldı | 14:09 Dekabrda neçə gün iş olmayacaq? | 13:42 Aygün Kazımova Eminemlə duet oxuyacaq? - FOTO |
Mojo.az Avto
Mojo.az Avto

Məhkəmə qadınları hotelə aparan şəxslə bağlı qərar çıxardı

10.01.2024 15:21 1 155
Məhkəmə qadınları hotelə aparan şəxslə bağlı qərar çıxardı
Ali Məhkəmədə insan alverində təqsirləndirilən 1986-cı il təvəllüdlü Təhmin Zelabdinovanın barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Təhmin Zelabdinova 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, onun şikayəti təmin edilməyib.

İttihama görə, qadınları tamah niyyəti və aldatma yolu ilə istismar məqsədilə dövlət sərhədindən keçirərək Türkiyəyə aparan Təhmin Zelabdinovanın barəsində Cinayət Məcəlləsinin 144-1 (İnsan alveri) və 144-3 (insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlər) maddələri ilə ittiham irəli sürülüb. Belə ki, onun əməlləri üzrə üç qadın zərərçəkmiş şəxs qismində tanınıb. Təhmin həmin qadınlarla Bakıda tanış olaraq sosial şəbəkə vasitəsilə daim ünsiyyət saxlayıb. O, həmin qadınları Türkiyədə xidmətçi kimi işə düzəldəcəyinə söz verib və onlara ayrı-ayrı vaxtlarda təyyarə bileti alaraq əvvəlcə Bakıdan Naxçıvana, oradan da quru yolu ilə Türkiyəyə getmələrini təşkil edib. Türkiyənin Artvin şəhərində yerləşən “Parabül” hotelə yerləşdirdiyi qadınların sənədlərini əlindən alan 37 yaşlı Təhmin daha sonra onları hədələyərək, müxtəlif şəxslərlə görüşmələrini təşkil edib.

Təhminin əlindən çətinliklə çıxan qadınlar Bakıya qayıtdıqdan sonra onun barəsində şikayət ediblər. Zərərçəkmiş qadınlar zorla fahişəliyə cəlb edildiklərinə görə psixoloji sarsıntı keçirdiklərini söyləyiblər.

Son xəbərlər