Mojo.az Banner
22:57 "Formula-1"lə bağlı mühüm dəyişikliklər  |     22:52 Bakını tərk edən deputat danışdı: “Artıq burada yaşayıram”  |     22:42 Yumurta yeyənlərin diqqətinə: Bu xəstəliyin riski daha aşağı ola bilər  |     22:31 Serdar Ortaç vəsiyyətini açıqladı – Mirası kimlərə qalacaq?  |     22:21 Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı - SİYAHI  |     22:10 Universitetin 3-cü kurs tələbəsi vəfat etdi  |     21:53 Ozon dəliyi rekord səviyyədə kiçildi  |     21:48 Bu universitetlərdə dərslər onlayn keçiriləcək  |     21:40 "Bitcoin" sürətlə bahalaşır - Yeni QİYMƏT  |     21:35 Çalışanların 98 faizindən çoxu bu sektordadır - RƏQƏMLƏR  |     21:28 Azərbaycanda ən çox bu xəstəliklərdən əziyyət çəkirlər - RƏSMİ STATİSTİKA  |     21:23 Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu  |     21:15 Bu əsgərlərə pis xəbər: bir neçə ay gec tərxis olunacaqlar – SƏBƏB  |     21:10 Toydan çıxarkən qonşusunu döydü - 2 il 3 ay azadlığı məhdudlaşdırıldı  |     21:02 Bu həftə ən şanslı olacaq BÜRCLƏR  |     20:57 Anasını yemək üstündə döydü - Məhkəmə qərar verdi  |     20:50 "Private Facility Management" və rəhbəri məhkəmə qarşısında - 3000 manatlıq cərimə  |     20:45 Bu qəzadan xəsarət almadan qurtuldular  |     20:39 Payızda oynaq ağrıları niyə artır? - Həkimdən vacib xəbərdarlıq  |     20:36 Bakıda 10 ildən çoxdur satılmayan malikanə: Qiyməti 3 milyon endirildi (FOTO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Tanınmış idmançı məhkəmə qərarını icra etmədi, 500 manat cərimə olundu

26.01.2026 17:27 348
Tanınmış idmançı məhkəmə qərarını icra etmədi, 500 manat cərimə olundu
Xətai rayonunda yerləşən "Olympus Park” tikinti şirkəti tərəfindən qanunsuz şəkildə sökülən "Lider” idman klubunun sahibi İlham Sərdarov vəkilinə qarşı müqavilə öhdəliyini yerinə yetirmədiyi üçün məhkəməlik olub.

Teleqraf xəbər verir ki, məhkəmə vəkilin xeyrinə qərar çıxarıb.

Məlumata görə, "Olympus Park” şirkəti ilə İlham Sərdarov arasında məhkəmə çəkişməsi iki ildən çox davam edib.

Yekunda məhkəmə İlham Sərdarovun xeyrinə qərar çıxararaq şirkətin ona 1,6 milyon manat məbləğində təzminat ödəməsinə qərar verib. Lakin təzminat ödənildikdən sonra İlham Sərdarov və vəkili arasında yeni hüquqi mübahisə yaranıb.

Səbəb idmançının vəkil qarşısında müqavilə ilə nəzərdə tutulan öhdəliyi yerinə yetirməməsi olub. Müqaviləyə əsasən, İlham Sərdarov işin onun xeyrinə yekunlaşacağı təqdirdə, aldığı təzminatın 2 faizini vəkilinə ödəniş kimi verməli idi.

"Olympus Park”a qarşı işi udduqdan sonra isə o, bu şərtə əməl etməyib və müqavilə öhdəliyini inkar edib.

Vəkil, öz növbəsində, müqavilə əsasında İlham Sərdarovdan təzminat məbləğinin 2 faizi qədər ödənişin verilməsini tələb edib və məhkəməyə müraciət edib.

Son olaraq Bakı Apellyasiya Məhkəməsinin 4 aprel 2025-ci il tarixli qərarı ilə İlham Sərdarovun vəkilinə kompensasiyanın 2 faizi məbləğində ödəniş etməsi müəyyən edilib. İlham Sərdarov dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə qərarını icra etməyib.

Bu gün Xətai Rayon Məhkəməsi İlham Sərdarovun 500 manat cərimə edilməsi ilə bağlı qərar çıxarıb.

Qeyd edək ki, məhkəmə qərarının icra edilməməsi halında təqsirləndirilən şəxs barəsində pul cəriməsi ilə yanaşı inzibati qaydada həbs edilə bilər.

Məhkəmə də İlham Sərdarova bu barədə xəbərdarlıq edib.скачать dle 11.3
Mojo.az Banner