Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda ən çox bu xəstəliklərdən əziyyət çəkirlər - RƏSMİ STATİSTİKA

21.09.2026 21:28 357
Azərbaycanda ən çox bu xəstəliklərdən əziyyət çəkirlər - RƏSMİ STATİSTİKA
Son illər əhali arasında müxtəlif xəstəliklərin yayılması ilə bağlı statistik göstəricilər diqqət çəkir. 2025-ci ildə də bir sıra xəstəlik qrupları üzrə ilk dəfə diaqnoz qoyularaq qeydə alınan xəstələrin sayında artım müşahidə edilib.

Bəs Azərbaycanda ən çox hansı xəstəliklər üzrə artım qeydə alınıb?

Median.Az bununla bağlı Dövlət Statistika Komitəsinə sorğu göndərib.

Komitədən sorğuya cavab olaraq bildirilib ki, 2024-cü ildə ölkə üzrə bütün xəstəliklər üzrə ilk dəfə diaqnoz qoyulmuş xəstələrin sayı 2.870.154 nəfər, 2025-ci ildə isə 2.516.677 nəfər olub.


Qeyd olunan statistikaya əsasən, 2025-ci ildə əvvəlki illə müqayisədə sinir sistemi xəstəlikləri üzrə xəstələrin sayında 18,3 faiz artım müşahidə olunub. Qan dövranı sistemi xəstəlikləri üzrə göstərici 23385 nəfərdən 24719 nəfərə yüksəlib. Göz və gözün əlavə aparatının xəstəlikləri üzrə xəstələrin sayı 129898 nəfərdən 136519 nəfərə, qulaq və məməyəbənzər çıxıntının xəstəlikləri üzrə isə 76957 nəfərdən 81498 nəfərə çatıb.


Həmçinin dəri və dərialtı toxumanın xəstəlikləri üzrə 82391 nəfərdən 86727 nəfərə, sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri üzrə isə 63564 nəfərdən 64180 nəfərə artım qeydə alınıb.


Komitənin məlumatında digər rubrikalarda təsnif olunmayan klinik və laborator müayinələr zamanı aşkar edilən simptom, əlamət və normadan kənara çıxma hallarının sayında da artım olduğu göstərilib. Bu göstərici 2024-cü ildə 33188 nəfər olduğu halda, 2025-ci ildə 47615 nəfər təşkil edib.


Digər tərəfdən, bəzi xəstəlik qrupları üzrə azalma müşahidə olunub. Belə ki, tənəffüs orqanlarının xəstəlikləri üzrə göstərici 1 milyon 70918 nəfərdən 841789 nəfərə, infeksion və parazitar xəstəliklər üzrə isə 225716 nəfərdən 148481 nəfərə düşüb.


Ümumilikdə, 2025-ci ildə bütün xəstəliklər üzrə ilk dəfə diaqnoz qoyulmuş xəstələrin sayı 2024-cü illə müqayisədə 12,3 faiz azalıb.


Qeyd edək ki, Dövlət Statistika Komitəsinin təqdim etdiyi göstəricilər ilk dəfə qoyulmuş diaqnozla qeydiyyata alınmış xəstələrin sayını əks etdirib.

Son xəbərlər