Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

"Private Facility Management" və rəhbəri məhkəmə qarşısında - 3000 manatlıq cərimə

21.09.2026 20:50 360
Səbail Rayon Məhkəməsində “Private Facility Management” MMC və şirkətin rəhbəri Cavid İsgəndərov barəsində inzibati xəta haqqında işə baxılıb.

Şirkət və onun rəhbəri İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi (əmək qanunvericiliyinin pozulması ilə bağlı dövlət nəzarətini həyata keçirən orqanın tələbi ilə sənədlərin və ya məlumatların müəyyən edilmiş müddətdə təqdim edilməməsi) ilə təqsirli biliniblər.

Məhkəmə materiallarına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə vətəndaş müraciəti daxil olub. Müraciətin araşdırılması məqsədilə “Private Facility Management” MMC-yə məktub göndərilərək tələb olunan sənədlərin 7 iş günü müddətində Xidmətə təqdim edilməsi tələb olunub.

Lakin sənədlər müəyyən edilmiş müddətdə təqdim edilməyib. Bu səbəbdən şirkət və onun vəzifəli şəxsi Cavid İsgəndərov barəsində inzibati xəta haqqında protokollar tərtib edilərək Səbail Rayon Məhkəməsinə göndərilib.

Məhkəmə iclasında şirkətin nümayəndəsi bildirib ki, tələb olunan sənədlər sonradan həm elektron, həm də poçt vasitəsilə Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərilib. O, sənədlərin gecikdirilməsinin qeyri-ixtiyari baş verdiyini deyib.

Nümayəndənin sözlərinə görə, həmin dövrdə şirkətin bank hesablarına tətbiq edilmiş sanksiyalar səbəbindən sənədləri tam şəkildə təqdim etmək mümkün olmayıb.

Şirkət tərəfi gecikmə ilə bağlı təqsiri qəbul edib və cərimə tətbiq edilməməsini xahiş edib.

Səbail Rayon Məhkəməsinin qərarına əsasən, “Private Facility Management” MMC 2000 manat, şirkətin rəhbəri Cavid İsgəndərov isə 1000 manat məbləğində inzibati cərimə edilib.

Bununla belə, məhkəmə İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsini əsas götürərək tətbiq edilmiş cərimələri şərti tətbiq edib.

Qərarda şirkətə və onun rəhbərinə törədilmiş hüquqpozmanı aradan qaldırmaları üçün 1 ay müddət verilib.
//qaynar.az

Son xəbərlər