Mojo.az Banner
23:01 Quru sərhədlər bu şəxslər üçün açılacaq? - AÇIQLAMA  |     22:49 TDT ölkələrinin liderləri WUF13-də fəal iştirak edəcəklər  |     22:42 Hantavirusa görə bu ölkə maska rejiminə keçir  |     22:37 İçki və tütün satışından gəlirlər 1 milyard manata yaxınlaşıb  |     22:30 Bağçalara elektron sənəd qəbulu növbəsi müvəqqəti dayandırılır  |     22:19 Azərbaycanın üç sərbəst güləşçisi U-17 Avropa çempionatında finala yüksəlib  |     22:13 Yer kürəsində maqnit qasırğası müşahidə edilir  |     22:06 Bu şəxslər də 1 il hərbi xidmət keçəcək  |     22:01 Onlayn kreditlər niyə populyarlaşıb? – Ekspertdən AÇIQLAMA  |     21:55 Masazırda sərnişin banan qabığını maşından yola atdı - VİDEO  |     21:48 Tanınmış professor kliniki ölüm keçirdi  |     21:41 Benzin mühərrikli maşına dizel töksəniz nə baş verər?  |     21:36 Azərbaycanda yeni əməkhaqqı modeli: maaşlar belə hesablanacaq  |     21:29 Neymar İtaliya vətəndaşlığı aldı  |     21:24 Azərbaycanda demoqrafik böhran: Gənc ailələr niyə uşaq istəmir?  |     21:18 Sabah hava qeyri-sabit olacaq  |     21:10 ChatGPT kodlarındakı qəribə qadağa: Qoblin və gremlinlər niyə bloklandı?  |     21:05 Cəbrayılda xəstəxana inşa edilir  |     20:56 Lökbatanda yanan anbar "Bakı Logistika"ya aid deyilmiş  |     20:50 I Qarabağ müharibəsinin daha iki itkin-şəhidi dəfn edildi  |    
Left Banner
Right Banner

İlham Əliyev: “Peyvənd bu ay ərzində Azərbaycana gətiriləcək” - VİDEO

07.01.2021 17:54 3 351
İlham Əliyev: “Peyvənd bu ay ərzində Azərbaycana gətiriləcək” - VİDEO
Koronavirus, əlbəttə ki, bütün dünya üçün çox böyük sınaq idi. Hesab edirəm ki, Azərbaycan bu sınaqdan şərəflə çıxır. Vəziyyət tam nəzarətdədir. Operativ tədbirlər nəticəsində yeni xəstəxanalar tikildi, laboratoriyalar alındı. Həkimlər səfərbər olundu. Koronavirus xəstələrinə qulluq edən həkimlərin maaşları artırıldı, onlar əməkhaqlarının 3-5 misli həcmində maaş alırlar.

Bu sözləri yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə deyib.

“Çox böyük sosial paket təqdim edildi. Bir neçə milyard manat dəyərində sosial paket koronavirusdan əziyyət çəkən insanlara, o cümlədən qeyri-formal çalışan və işsiz vətəndaşlara yardım kimi göstərildi. Bu gün biz peyvəndi gözləyirik. Ümid edirik ki, peyvənd bu ay ərzində Azərbaycana gətiriləcək. Hər halda bütün kontraktlar imzalandı. Peyvəndin bir qədər gec gətirilməsi bizdən asılı deyil. Ondan sonra insanlar kütləvi qaydada bu peyvənddən istifadə edəcək və canımız bu xəstəlikdən qurtaracaq”, - deyə prezident bildirib.скачать dle 11.3
Mojo.az Banner