Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:58 Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi | 22:50 Köçkünlər üçün bəzi güzəştlər yenidən tənzimlənəcək | 22:43 Londonda avtomobilləri əridən göydələnin sirri - Səbəb memarlıq səhvi imiş | 22:32 Məzuniyyətini hissə-hissə götürənlər əlavə pul alacaq | 22:26 Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər | 22:19 Bakıda klinikanın qarşısında ağır qəza - Hadisənin anbaan görüntüsü | 22:09 Rusiyada ağır qəzada həlak olan azərbaycanlılar dəfn olundular | 21:56 Bakıda kollecdə qanlı hadisəyə qız səbəb olubmuş: Şahidlər danışdılar - Video | 21:50 Paraqvay prezidenti istefa verib | 21:45 Sahibə Qafarova Qazaxıstana səfər edib | 21:28 İş axtaranlara şad xəbər: 82 yeni vakansiya | 21:02 Nepalda Azərbaycan və Kanadada işə düzəltmək adı ilə dələduzluq: İki nəfər saxlanıldı | 20:45 Bu vəzifələrdə çalışanların maaşı 3600 manat oldu | 20:40 Sabah bir rayonda qaz olmayacaq | 20:16 Bəşir Süleymanlıya 9 il həbs cəzası istənildi | 20:15 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib | 20:10 Sertifikasiyada bal artdıqca maaş əlavəsi də artırılmalıdır – TƏKLİF | 17:44 Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək | 17:36 Ər-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı | 17:33 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb |
Mojo.az Avto
Mojo.az Avto

Quru sərhədlər bu şəxslər üçün açılacaq? - AÇIQLAMA

15.05.2026 23:01 540
Quru sərhədlər bu şəxslər üçün açılacaq? - AÇIQLAMA
Yay tətili yaxınlaşdıqca xaricdə, xüsusilə Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin əsas problemi yenə də yol xərcləri olur. Təyyarə biletlərinin qiyməti kəskin bahalaşdığı üçün bir çox ailə övladını ölkəyə gətirməkdə çətinlik çəkir. Bu fonda tələbələr və valideynlər ən azı müvəqqəti olaraq quru sərhədlərinin açılması məsələsini yenidən gündəmə gətirirlər.

Median.Az
xəbər verir ki, məsələ ilə bağlı Ağ Partiya sədri Tural Abbaslı Demokrat.az-a bildirib ki, ümumilikdə sərhədlərin hamı üçün tamamilə açılmasının tərəfdarıyam:

“Çünki hazırda Azərbaycan quru sərhədlərinin bağlı qalmasının heç bir məntiqi və elmi izahı yoxdur. Pandemiya və digər yoluxucu xəstəliklər kimi səbəblər artıq əsaslandırıcı hesab edilmir. Dünyanın bir çox ölkələrində bu cür məhdudiyyətlər ciddi şəkildə tətbiq olunmur. Quru sərhədlərin bağlı saxlanılması bəzi məmurların şəxsi biznes maraqlarına və daha çox gəlir əldə etməsinə xidmət edir. Bundan başqa heç bir əsaslı səbəb görünmür. Nə təhlükəsizlik, nə də epidemioloji vəziyyət bu qərarı tam şəkildə izah etmir. Hazırda sərhədlər heç bir aydın izahat verilmədən mütəmadi olaraq uzadılır. Belə şəraitdə ən azı müəyyən kateqoriyadan olan şəxslərin, xüsusilə tələbələrin və onların ailələrinin quru sərhədlərdən keçidinə icazə verilməsi məqsədəuyğun olardı”.

O qeyd edib ki, regionda nəqliyyat və logistika xərcləri artıb, aviabiletlərin qiymətləri də yüksəlib:

“Bu vəziyyət xüsusilə tələbələr və onların ailələri üçün ciddi çətinliklər yaradır. Bu baxımdan tələbələr üçün və humanitar əsaslarla quru sərhədlərinin açılması daha ədalətli və humanist addım ola bilər. Bunun reallaşıb-reallaşmayacağı ayrı məsələdir, lakin ümumilikdə mən quru sərhədlərin tam açılmasını və vətəndaşların sərbəst hərəkətinin təmin olunmasını düzgün hesab edirəm”.

Tural Abbaslı iddia edir ki, quru sərhədlərinin qapalı saxlanılması bəzi rəsmi şəxslərin şəxsi biznes maraqlarına xidmət edir. O bildirib ki, təhlükəsizlik və ya sağlamlıq baxımından bu qərarın ciddi əsası yoxdur. Sərhədlərin açılma müddəti heç bir şəffaf izahat verilmədən mütəmadi olaraq uzadılır.

Regionda nəqliyyat və logistika xərclərinin artdığını deyən siyasətçi aviabiletlərin əlçatan olmadığını qeyd edib. O, ən azı tələbələr və ailələri üçün quru sərhədlərindən keçidin bərpa edilməsini təklif edib. Tural Abbaslı vurğulayıb ki, humanitar əsaslarla belə bir addımın atılması daha ədalətli və humanist qərar olardı.

Son xəbərlər