Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Quru sərhədləri nə vaxt açılacaq?

15.01.2026 20:20 429
Quru sərhədləri nə vaxt açılacaq?
"Hazırda ətrafımızda kifayət qədər çoxsaylı təlatümlər, münaqişələr və müharibələr mövcuddur. Bu proseslər məntiqi sonluğuna çatmayana qədər sərhədlərin açılması məqsədəuyğun görünmür".
 
Bunu hərbi ekspert Ədalət Verdiyev Metbuat.az-a açıqlamasında Azərbaycanın quru sərhədlərinin hələ də bağlı qalmasının səbəblərindən danışarkən söyləyib.

O bildirib ki, sərhədlərin açıq olması Azərbaycana münaqişə və müharibələrin davam etdiyi ölkələrdən kütləvi insan axınına səbəb ola bilər:
 
"Azərbaycan isə hazırda prioritet olaraq erməni işğalı nəticəsində məcburi köçkün və qaçqına çevrilmiş vətəndaşlarının doğma yurd-yuvalarına qayıtması məsələsini əsas hədəf kimi müəyyənləşdirib. Bu baxımdan, bizi öz prioritetlərimizdən yayındıra biləcək məsələlərin, o cümlədən digər ölkələrdən kütləvi insan axınının qarşısını almaq üçün sərhədlərin bağlı saxlanılması zəruridir".
 
Ə.Verdiyevin fikrincə, regionda və qonşu ölkələrdə baş verən münaqişələr həll olunduqdan sonra sərhədlərimiz də açılacaq:
 
"Sərhədlərin bağlı qalması dövlət üçün kifayət qədər ciddi maliyyə yükü yaradır. Lakin təhlükəsizlik amili daha önəmli olduğu üçün hazırda sərhədlər bağlı saxlanılır. Sərhədlərin açıq olması Azərbaycana kütləvi şəkildə daxil ola biləcək insanlar arasında terror qruplaşmalarının üzvlərinin də olmasını mümkünsüz etmir. Yəni sərhədlərin açıq qalması kütləvi insan axını ilə yanaşı, Azərbaycana qarşı fəaliyyət göstərə biləcək xarici xüsusi xidmət orqanlarının və terror qruplaşmalarının üzvlərinin də ölkəyə daxil olmasına şərait yarada bilər. Məhz bu səbəbdən Azərbaycan hazırda sərhədlərini bağlı saxlayır. Bu, təhlükəsizliklə bağlı zəruri və məcburi atılan bir addımdır”.скачать dle 11.3
Mojo.az Banner