Mojo.az Banner
23:01 Tramp: İran tərəfi zəng edərək razılaşma əldə olunmasını istəyir  |     22:56 İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2089-u keçib  |     22:50 FHN avtomobildə sıxılı vəziyyətdə qalmış şəxsləri xilas edib - Video  |     22:43 Bu rayonda qaz olmayacaq  |     22:29 Hörmüz boğazının blokadası alüminium qiymətlərini dörd illik maksimuma yüksəltdi  |     22:27 Mərdəkan çimərliyində törədilən qətlin CİNAYƏT İŞİ  |     22:22 İnternetin qiymətinin artması ehtimal yox, qaçılmazdır  |     22:15 Orta aylıq əməkhaqqı artıb  |     22:07 Ararat Mirzoyan Brüsselə işgüzar səfər edəcək  |     22:03 Millimiz Qazaxıstana məğlub oldu  |     21:56 Salyanda iki avtomobil toqquşub, beş nəfər xəsarət alıb  |     21:50 Kart ödənişləri üzrə komissiya limitləri kimlərə şamil olunacaq?  |     21:46 Hikmət Hacıyev Kayrat Sarıbayla AQEM sammitini müzakirə etdi  |     21:40 Tramp "müqəddəs" fotosunu sildi  |     21:35 Yeni koronavirus ştammı "Cicada" - Uşaqlar xüsusi risk altında ola bilər  |     21:26 Bəhreyn İraqa nota verdi  |     21:18 Bakının bu məktəbində şagirdlər QR kodla yoxlanılır  |     21:13 Bakıdakı yollardan birində sürət həddi endirilib  |     21:06 Yol polisindən sürücülərə MÜRACİƏT  |     21:00 Hansı yollarda qırmızı işıqda keçmək olar? - Video  |    
Left Banner
Right Banner

Quru sərhədlər oktyabrın 1-dən açılır?

20.09.2025 23:01 486
Quru sərhədlər oktyabrın 1-dən açılır?
Xəbər verdiyimiz kimi, sentyabrın 18-də Ərdəbilə səfər edən İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu iki ölkə arasında sərhədlərin açılması və əməkdaşlığın genişləndirilməsi istiqamətində aparılan danışıqlarla bağlı açıqlama verib.

Danışıqlarda ən mühüm mövzulardan biri də iki ölkə arasında sərhəd-buraxılış məntəqələrinin fəaliyyətinin bərpası və nəqliyyat axınının bərpasıdır. Səfir bu məsələnin hər iki xalq üçün böyük əhəmiyyət daşıdığını qeyd edib.

Median.Az xəbər verir ki, mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət Musavat.com-a danışıb:

O bildirib ki, qonşu ölkələrlə sərhədlərin açılması zərurəti var, amma Azərbaycan həm də daxili təhlükəsizliyi, bütövlükdə dövlətin təhlükəsizliyini ön plana çəkərək sərhədləri açmağa tələsmir:

"Düşünürəm ki, oktyabrın 1-dən sonra da sərhədlərin açılmasını gözləməməliyik. Çünki həm İranda, həm Rusiyada məsələlər, yəni gərginliklər hələ həllini tapmayıb. Üstəlik, bu payız üçün İsrailin İrana yenidən hücumları proqnozlaşdırılır. Belə bir şəraitdə Azərbaycan İranla sərhədləri tam olaraq aça bilməz və ya açması çətinlik yarada, əlavə gərginliyə səbəb ola bilər.

O baxımdan tələsməmək düzgündür. Amma bir şeyi də unutmamalıyıq ki, Arazın o tayında və bu tayında vahid Azərbaycan coğrafiyası yerləşir. Təbiidir ki, bu coğrafiyada yaşayan insanların hamısı türklərdir, azərbaycanlılardır. Onların bir-biri ilə gediş-gəlişi, ortaqlaşması və qaynayıb-qarışması vacibdir. O baxımdan sərhədlərin bəlkə də sərhədyanı bölgələr üçün açıla bilməsindən danışa bilərik.

Eyni yanaşmanı Dağıstanda Dərbənd və Gürcüstanda Borçalı üçün də tətbiq etmək olar ki, sərhədyanı ərazilərdə yaşayanlar quru sərhədlərdən rahat keçib gələ bilsinlər. Çünki buna ciddi zərurət var. Üstəlik, sərhədin o tayında və bu tayında insanlar qohum-qardaşdır, bir-birini tanıyır və yaxın münasibətləri var.

Yəni bu ehtimalı belə dəyərləndirmək olar, amma İran normal dövlət olsaydı, yəqin ki, biz sərhədləri çoxdan açmış olardıq. Fars molla rejimi isə Azərbaycanın bu xoşməramı üçün imkanlar tanımır. Getdikcə üstünə gəlirlər, böhtan atırlar, Azərbaycanda daxili sabitliyi pozmağa çalışırlar, öz missionerlərini bu və ya digər şəkildə səfərbər edib üstünə gəlirlər. Bütün bunlar varkən əlbəttə ki, Azərbaycan hələ İran sərhədinin tam güvənli olduğunu deyə bilməz".скачать dle 11.3
Mojo.az Banner