Mojo.az Banner
13:54 Azərbaycanın axtarışa verdiyi şəxs tapıldı: Bakıya gətirildi  |     13:53 İstanbula uçan təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi  |     13:27 Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var - Araşdırma başladı (Yenilənib)  |     13:12 Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb  |     12:56 "Baykar"ın yeni PUA-sının ilk ixracı Azərbaycana edildi  |     12:52 İşçilərin nəzərinə: Ezamiyyə qaydaları dəyişdi  |     12:15 Azərbaycan nefti bahalaşdı - Son qiymət  |     12:11 Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik  |     12:10 Azad olunmuş ərazilərdə ilk dəfə genişmiqyaslı birgə hərbi təlim keçirilir  |     12:07 Gecə saatlarında iki ölkədə güclü zəlzələ  |     11:46 Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı  |     11:44 Sükan arxasında ailə mübahisəsi ölümcül ola bilər  |     11:33 Həyət evinin qarşısında bunu edənlərin diqqətinə – 12 min manat cərimə oluna bilərsiniz  |     11:28 Astroloqdan xəbərdarlıq: Bu ay plastik əməliyyatlardan uzaq durun  |     11:26 Pakistanda azərbaycanlı qızı təcavüzkarlara satan qadın saxlanıldı  |     11:24 İran rialının ucuzlaşması Azərbaycanda malları ucuzlaşdıracaq? Ekspertdən AÇIQLAMA  |     11:21 "TikTok" Azərbaycanda vergi uçotuna alındı  |     23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |    
Mojo.az Avto
Mojo.az Avto

Türkiyədə 6 azərbaycanlı koronavirusdan dünyasını dəyişib

04.06.2020 17:38 969
Türkiyədə 6 azərbaycanlı koronavirusdan dünyasını dəyişib
Azərbaycanın Türkiyədəki səfirindən sərhədlərin açılması ilə bağlı açıqlama

REAL TV-yə danışan Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim "COVİD-19”a yoluxan və bu virusdan dünyasını dəyişən vətəndaşlarımızla bağlı rəqəmləri açıqlayıb. Səfir bildirib ki, bu günə qədər Türkiyədə koronavirusa yoluxan Azərbaycan vətəndaşlarının sayı 20-ni keçib. Bu virusdan dünyasını dəyişən azərbaycanlıların sayı isə 6-a çatıb.

REAL TV-yə danışan səfir, sərhədlərin açılması və Türkiyədən Azərbaycana uçuşların həyata keçirilməsi ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib.

"Türkiyə və Azərbaycan qardaş dövlətlərdilər. İki ölkə arasında münasibətlər o qədər sıxdır ki, bizim münasibətlərdə fərqli addımlar atıla bilər. Həm Türkiyə, həm də Azərbaycan tərəfi çalışır ki, mümkün qədər, şərait imkan verdiyi çərçivələrdə vətəndaşlarımızın gediş-gəlişi üçün münbit şərait yaratsın. Təbii ki, burada fərqli faktorlar var. Onlar Azərbaycanda da, Türkiyədə də nəzərə alınır. Karantin şəraiti, nə qədər xəstələnən var... Yəni fərqli-fərqli məqamlar var ki, onlar nəzərə alınacaq. Sərhədlərin açılması ilə bağlı hazırda bir qərar yoxdur ".скачать dle 11.3
Mojo.az Banner