Mojo.az Banner
22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Gürcüstan və Rusiya arasında sərhədlərin açılması müzakirə olunacaq

27.01.2021 21:16 951
Gürcüstan və Rusiya arasında sərhədlərin açılması müzakirə olunacaq
Gürcüstanın Baş nazirinin Rusiya ilə münasibətlərin tənzimlənməsi üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze rusiyalı senator Qriqori Karasin ilə növbəti görüşündə iki ölkə arasındakı quru sərhədinin açılması məsələsini müzakirə edəcək.

Bu barədə TASS məlumat yayıb.

“Rusiya ilə sərhədin açılması epidemioloji vəziyyətdən asılıdır. Problem məhz elə bundadır. Ümid edirəm ki, tezliklə həm bizdə, həm də bütün dünyada koronavirusla bağlı vəziyyət sabitləşəcək və biz sərhədlərin açılması məsələsini müzakirə edə biləcəyik”, - deyə Abaşidze bildirib.

Gürcüstanlı diplomatın sözlərinə görə, o, yaxın zamanlarda Q.Karasin ilə onlayn görüş keçirməyi planlaşdırır.

Qeyd edək ki, Rusiya ilə Gürcüstan arasında yeganə quru yolu olan Kazbek - Yuxarı Lars sərhəd keçid məntəqəsi 2020-ci ilin mart ayından etibarən pandemiya səbəbindən bağlanıb. İki ölkə arasında hava əlaqəsi də Tbilisidə Rusiya əleyhinə keçirilən aksiyadan sonra dayandırılıb.скачать dle 11.3
Mojo.az Banner