Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:13 Sürücülük vəsiqəsi ilə bağlı QAYDA DƏYİŞİR | 19:08 Günəşdə partlayışların sayı kəskin artıb | 18:48 Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib | 18:41 DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq (Video) | 18:23 Yaşa görə gündəlik su norması - Elmi tövsiyə | 18:17 Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb | 18:15 XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz" | 17:49 "Xruşşovka"larda yeni dövr başlayır: Binaların taleyi necə olacaq? | 17:09 Leyla və Arzu Əliyevalar "Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər - Foto | 17:05 Sabah Bakıda külək güclənəcək - Xəbərdarlıq | 16:06 Jurnalist Elnur Şükürov həbs edildi | 16:04 Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı | 15:46 Şagird sevdiyi qıza görə 16 yaşlı həmkəndlisini bıçaqladı | 15:44 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib | 15:41 Tofiq Əliyev dünya çempionatında gümüş medal qazandı | 15:27 İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - Foto | 15:24 Bakı-Şamaxı yolunda mikroavtobus aşdı: Ölən və yaralanan var | 15:23 Azərbaycanlı bacı-qardaş dünya çempionatında gümüş medal qazandı | 15:14 İlham Əliyev bir nəfərə "general-leytenant", üç nəfərə "general-mayor" rütbəsi verdi | 15:11 Prezident Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO |
Mojo.az Avto
Mojo.az Avto

Quru sərhədlər bu şəxslər üçün açıla bilər - AÇIQLAMA

27.09.2024 16:14 1 071
Quru sərhədlər bu şəxslər üçün açıla bilər - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti oktyabrın 1-dən 2025-ci il yanvarın 1-nə qədər uzadılıb.

Bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Karantin rejiminin olması isə quru sərhədlərinin bağlı qalması deməkdir.

Bizim xarici ölkələrdə təhsil olan minlərlə tələbəmizin olduğunu nəzərə alsaq, quru yollar müəyyən şərtlər daxilində onlar üçün açıla bilərmi?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən iqtisadçı deputat Vüqar Bayramov bildirib ki, xaricdə təhsil alan tələbələr üçün bütövlükdə təyyarə biletlərində güzəştlər edilməsi daha məqsədəuyğundur.

Onun sözlərinə görə, bir sıra şirkətlərdə tələbə vətəndaşlara güzəştlərin tətbiq edilməsi praktikası var ki, Azərbaycanda da Azərbaycan Hava Yolları tərəfindən tələbə güzəştlərinin tətbiqi həyata keçirilməsi daha uyğun olardı:

"Bu, nəticə etibarilə tələbələrimizin daha ucuz qiymətə bilet alması və həmin bilet vasitəsilə təhsillə bağlı səfərlər etməsinə imkan yarada bilər. Bununla bağlı hətta bəzi şirkətlərdə limitlər müəyyənləşir. Məsələn, il ərzində iki dəfə ikitərəfli, yəni 4 biletin alınması zamanı güzəştlər tətbiq olunur. Belə güzəştlərin tətbiqi daha məqsədəuyğun olardı".

Deputat Fazil Mustafa isə bildirib ki, bu məsələ ilə bağlı dəfələrlə məsələ qaldırılıb. Dediyinə görə, sərhədlər bağlı olduğu təqdirdə müəyyən həssas kateqoriyada olan şəxslərə, xüsusilə də tələbələrə və xəstələrə bu güzəştləri etmək yerində olar:

"Əgər bir insan xəstədirsə, rəsmi xəstəliklə bağlı kağız verilibsə və onun müalicəsi xaricdə davam etməlidirsə, o şəxslərə bu güzəşti etməlidirlər".

Bu məsələyə bir daha baxılacağına ümid etdiyini deyən həmsöhbətimiz nəzərə çatdırıb ki, bununla da tələbələrin tələbə bileti ilə rahatlıqla gəlib-getməsi təmin olunacaq.

Son xəbərlər