Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:28 İrəvanda Azərbaycan əsgəri Koçaryanla qonşu kamerada saxlanılır | 14:26 İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı | 14:15 Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü | 14:14 20 Yanvardakı tıxaclar azala bilər: Yeni yolun üstünlükləri | 13:52 Aztəminatlı gənclərə müjdə: 35 milyon manat ayrılır | 13:12 Əməkhaqqı saatla hesablanacaq: Yeni sistem kimlərə aid olacaq? | 13:09 Telefon yoxlamaq sevgi deyil - Psixoloqdan AÇIQLAMA | 13:08 İlham Əliyev bolqarıstanlı həmkarına başsağlığı verdi | 13:07 Şamaxıda su çəninə düşən qadın öldü | 13:06 Dövlətə milyonlarla manat ziyan vuran sabiq vəzifəli şəxsə ittiham elan edildi | 13:01 Penitensiar Xidmətdən qovulub həbs edildi, təcridxanada keçmiş hərbçini aldatdı | 12:53 Sükan arxasında "Tiktok"da canlı yayım açan sürücülərə xəbərdarlıq | 12:30 Azərbaycan şərabının hazırlanmasında Ermənistan məhsullarından istifadə edilir? - VİDEO | 12:28 Vəzifəli şəxs qəfil vəfat etdi: Bacısı oğlunun toyuna hazırlaşırmış | 12:27 Azərbaycan neftinin qiyməti 100 dollardan endi | 11:33 10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı | 11:32 Nikol Paşinyan Türkiyədə səfərdədir | 11:31 Bu gün COP31-in Liderlər Sammiti keçiriləcək | 11:31 Vitamin D qəbul etmək üçün ən uyğun vaxt açıqlandı | 11:26 650 min manatı leqallaşdıran Həsənə hökm oxundu |
Mojo.az Avto
Mojo.az Avto

XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"

07.11.2026 18:15 231
XİN-dən bəyanat:
"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir".

Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Zəfər Günü ilə bağlı bəyanatında bildirilib.

Qeyd olunub ki, altı il öncə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Zati-aliləri cənab İlham Əliyevin rəhbərliyi və Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində Ermənistanın ölkəmizin ərazilərinin təxminən 30 il davam etmiş işğalına son qoyulmuş, 8 noyabr 2020-ci il tarixində Şuşa şəhərinin azad edilməsi ilə Vətən müharibəsində Qələbə təmin edilmişdir. 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində isə Azərbaycan Respublikasının dövlət suverenliyi tam olaraq bərpa edilib.

"Vətən müharibəsində qazanılmış Zəfər sübut etdi ki, heç bir qüvvə milli birliyi, dövlətçilik əzmini və xalqımızın öz torpaqlarına sahib çıxmaq qətiyyətini sarsıda bilməz.

Son illər Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirir. "Böyük Qayıdış" proqramı çərçivəsində müasir infrastrukturun yaradılması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi istiqamətində işlər davam etdirilir.

Azərbaycan, həmçinin regionda uzunmüddətli sülhün və sabitliyin möhkəmləndirilməsi istiqamətində səylərini davam etdirir. Ötən dövr ərzində Azərbaycanın Ermənistanla qarşılıqlı etimadın yaradılması istiqamətində atdığı məqsədyönlü və ardıcıl addımlar Cənubi Qafqazın münaqişə deyil, sülh və tərəqqi məkanına çevrilməsinə xidmət edir. Bütün bunlar Azərbaycanın yaratdığı yeni reallıqlar sayəsində mümkün olub.

Zəfərimiz tariximizin qüruru, dövlətimizin qüdrəti, xalqımızın əbədi iftixarıdır.

Bu əlamətdar gündə Vətənimizin azadlığı və müdafiəsi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qazilərimizə və müharibə iştirakçılarına dərin minnətdarlığımızı bildiririk.

Zəfər Günümüz mübarək!" - deyə bəyanatda vurğulanıb.

Son xəbərlər