Mojo.az Banner
15:41 Naxçıvanda 250 min manatlıq dələduzluq: Saxlanılan var - FOTO  |     14:24 Şənbə günü 31° isti olacaq  |     14:19 Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən şəxslərə hökm oxundu  |     14:12 "Ən böyük qiymət artımı Ermənistandadır" - Paşinyan  |     14:08 Xaçmazda 7 nəfər həbs edildi  |     14:02 "Son 10 ildə şagirdlərin savadlılığı artıb" - Məleykə Abbaszadə  |     13:57 Tbilisiyə 53 min sərnişin səfər edib - FOTO  |     13:49 İordaniyaya vizasız getmək mümkün olacaq  |     13:43 Kirayə mənzillər üçün hansı ərazilər daha cəlbedicidir? - VİDEO  |     13:38 Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanıldı  |     13:30 Quba-Xınalıq yolu çökdü - VİDEO  |     13:25 Bakı ermənilərin bu oğurluğuna görə İnterpola müraciət etdi  |     13:17 Həkəri çayına qanunsuz müdaxilə edən şəxs bu şirkətin rəhbəri imiş  |     13:11 Səngəçalda qonşusunu boğaraq öldürməkdə təqsirləndirilənlərin işi üzrə şahidlər dindiriliblər  |     13:06 Bakıda hoteldə səs-küy salan qadın həbs edildi  |     12:56 “Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - Video  |     12:55 Şahbaz Şərif Azərbaycana səfər edəcək - Bu tarixdə  |     12:46 Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb  |     12:43 Deputat: İctimai nəqliyyatda musiqi səsləndirilməsi sərnişinlərin rahatlığını pozmamalıdır  |     12:36 Prezidentin köməkçisi: "Azərbaycan və Ermənistan yeni sülh dövrünə qədəm qoyub"  |    
Mojo.az Avto
Mojo.az Avto

Cəbrayılda xəstəxana inşa edilir

15.05.2026 21:05 429
Cəbrayılda xəstəxana inşa edilir
İşğaldan azad olunan Cəbrayıl şəhərində həyata keçirilən genişmiqyaslı quruculuq işləri çərçivəsində səhiyyə infrastrukturunun yaradılması istiqamətində də mühüm addımlar atılır. Hazırda şəhərdə müasir standartlara cavab verən yeni tibb müəssisəsinin tikintisi davam etdirilir, sakinlərin keyfiyyətli tibbi xidmətlə təmin olunması üçün geniş imkanlar yaradılır.

Bu istiqamətdə həyata keçirilən layihələrdən biri də 150 çarpayılıq Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının inşasıdır. Xəstəxananın təməli Prezident İlham Əliyev tərəfindən 2021-ci ildə qoyulub. Təxminən 5 hektar ərazini əhatə edən tibb müəssisəsində terapiya, cərrahiyyə, pediatriya, doğum, yoluxucu xəstəliklər, anesteziologiya-reanimasiya, hemodializ və digər şöbələr fəaliyyət göstərəcək. Bundan əlavə, xəstəxanada poliklinika, şüa-diaqnostika, funksional-diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələri, eləcə də klinik diaqnostika laboratoriyası yaradılacaq. Hazırda əsas bina ilə yanaşı, yoluxucu xəstəliklər, hemodializ və poliklinika korpuslarının, təcili tibbi yardım stansiyasının, həmçinin Cəbrayıl Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin və digər yardımçı binaların tikintisi davam etdirilir.

Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələrin Müdiriyyətində şöbə müdiri Cabir Muradov bildirib ki, 150 çarpayılıq Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası 4,6 hektar ərazidə inşa edilir. Əsas xəstəxana binası ilə yanaşı, xəstəxananın şöbələri olan yoluxucu xəstəliklər korpusu, hemodializ korpusu, həmçinin müstəqil fəaliyyət göstərəcək digər tibb müəssisələri də tikilir. Gigiyena və Epidemiologiya Mərkəzi, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi, eləcə də Təcili Tibbi Yardım Stansiyasının binaları da inşa olunur.

Xəstəxananın təməli Prezident tərəfindən 2021-ci ildə qoyulub, 2024-cü ildən isə tikinti işlərinə başlanılıb. 2027-ci ilin sonuna kompleksin tam şəkildə tamamlanması, 2028-ci ildə isə tibbi xidmətin təşkili nəzərdə tutulur.

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da 150 çarpayılıq Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış olublar.скачать dle 11.3
Mojo.az Banner