Mojo.az Banner
12:41 Azərbaycan nefti UCUZLAŞIB  |     12:32 İran İsrailə və regiondakı ABŞ hərbi obyektlərinə yeni hücum dalğasına başlayıb  |     12:28 Dünyanın ən nəzakətli ölkələri açıqlanıb - REYTİNQ  |     12:19 UEFA "Benfika"nı cəzalandırdı  |     12:16 Kapitan Vüsal Sadıqov həbsdə qaldı  |     12:11 Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - Video  |     12:06 Bakıda yeniyetmə evində ölü tapıldı  |     11:55 Maşın almaq istəyənlərin NƏZƏRİNƏ: Xaricdən gətirilən avtomobillər gecikə və bahalaşa bilər - Video  |     11:41 Moped idarə edənlərin diqqətinə: Yeni qaydalar qüvvəyə mindi  |     11:21 Rusiyanın İrana göndərdiyi humanitar yardım "Qaradağ" stansiyasına çatıb  |     11:16 140 min ton neftlə yüklü Türkiyə tankeri DRONLA VURULDU  |     23:01 Gəncədə Nizami məqbərəsində körpüdən yıxılan qadının vəziyyəti açıqlanıb  |     22:56 Ağ Ev: ABŞ İranla sülhə üstünlük verir  |     22:48 Pişiklər niyə həmişə ayaqları üstə düşür?  |     22:43 Putin Rusiyadan qızıl külçələrin ixracını qadağan etdi  |     22:37 Tikinti şirkəti vətəndaşın evini təhvil vermir? - Video  |     22:32 Azərbaycan Almaniya iqtisadiyyatına nə qədə investisiya qoyub?  |     22:26 Şəhid qardaşların atası vəfat etdi  |     22:21 Antarktida altında gizli dünya sahil şəhərlərini su altında qoya bilər  |     22:13 Küçəni zəbt edən nömrəsiz maşınların sahibləri cərimələndilər - Video  |    
Left Banner
Right Banner

Təmirə bağlanmış xəstəxanalar nə vaxt fəaliyyətə başlayacaq?

13.03.2025 13:34 327
Təmirə bağlanmış xəstəxanalar nə vaxt fəaliyyətə başlayacaq?
Son zamanlar bir neçə tibb müəssisəsinin əsaslı təmir edilməsi ilə rastlaşırıq. Həmin tibb müəssisələri sırasına Respublika Klinik Xəstəxanası və Kliniki Tibbi Mərkəz kimi böyük xəstəxanalar da daxildir.

Bəs həmin tibb müəssisələrinin təmiri ilə bağlı vəziyyət nə yerdədir?

Məsələ ilə bağlı "Trend"in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, vətəndaşlara müasir standartlara uyğun tibbi xidmətin göstərilməsi məqsədilə Respublika Klinik Xəstəxanasının inzibati binasının uzun müddətdir istismar olunması və əsaslı təmirə ehtiyacının yaranması səbəbindən tibb müəssisəsinin altı terapevtik şöbəsi müvəqqəti olaraq xəstəxananın inzibati binasından Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Hacıağa Dadaşov küçəsi, 65 ünvanında yerləşən modul tipli xəstəxanaya köçürülüb.

"Cari təmirə dayanan II korpusun (Cərrahi) müasir standartlara uyğun təmirindən sonra bütün zəruri infrastruktur yaradılacaq. 12 müasir əməliyyatxana, angioqrafiya, 80 çarpayılıq reanimasiya, təcili tibbi yardım, mərkəzi sterilizasiya, cərrahi şöbələr istifadəyə veriləcək. Ən son müasir avadanlıqlarla təchiz olunan cərrahi şöbələrdə açıq və endoskopik üsulla bütün növ cərrahi əməliyyatlar icra olunacaq.

Görülən bütün işlər əhaliyə müasir standartlara uyğun olaraq, yüksək səviyyədə tibbi xidmətin göstərilməsi üçün nəzərdə tutulub. Eyni zamanda, qeyd edək ki, modul tipli xəstəxanaya müraciət edən pasiyentlərin hər birinə icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan bütün xidmətlər tək şəxsiyyət vəsiqəsi ilə ödənişsiz əsaslarla göstərilir.

Sözügedən xəstəxanada vətəndaşlara tələb olunan tibbi xidmətlərin göstərilməsi mümkün olmadıqda tibb müəssisəsi bu xidmətləri göstərmək imkanına malik olan digər tibb müəssisəsinə (dövlət və ya müqaviləli tibb müəssisəsinə) göndəriş verir.

Əlavə edək ki, aparılan təmir-bərpa işlərinin bir ildən artıq müddətə davam edəcəyi nəzərdə tutulur", - məlumatda qeyd edilib.

Əlavə olaraq bildirilib ki, Kliniki Tibbi Mərkəzin Terapevtik binasının Poliklinika (1-ci korpus) bölməsi isə artıq bir neçə aydır ki, əsaslı təmirə bağlanıb. Hazırda təmir işləri intensiv şəkildə davam edir və yay aylarında tamamlanması planlaşdırılır.

Qeyd edilib ki, poliklinikada fəaliyyət göstərən şöbələr Kliniki Tibbi Mərkəzin tabeliyində olan modul tipli xəstəxanaya köçürülüb.

Hazırda terapevtik tibbi xidmətlər həmin modul tipli xəstəxanada göstərilir.скачать dle 11.3
Mojo.az Banner